Sterlinq millinin düşərgəsinə qayıdır

Sterlinq millinin düşərgəsinə qayıdır
DÇ-2022 8 Dekabr 2022 / 14:12 979
-  A +

İngiltərə millisinin futbolçusu Rahim Sterlinq DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyundan əvvəl yığmanın düşərgəsinə qayıdacaq. 

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki,  28 yaşlı hücumçu sabah komandaya qoşulacaq. Ancaq onun Fransaya qarşı matçda iştirakı gözlənilmir.

Qeyd edək ki, Sterlinqin  Londondakı evi qarət olunduğu üçün oyunçu millinin düşərgəsini tərk etmişdi. O, DÇ-2022-də 2 oyun keçirib və 1 qol vurub.


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir