Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə oyundan (6:1) sonra ehtiyat oyunçularla məşq etməkdən imtina edib.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilib ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş ehtiyat oyunçular üçün məşq təşkil edib. Görüşdə iştirak edən futbolçular isə zalda məşq ediblər. Ronaldo ehtiyat oyunçular arasında olmayıb, əsas oyunçularla qalıb. Futbolçunun heç bir diskomfort yaşamadığı və mükəmməl fiziki vəziyyətdə olduğu qeyd edilir.
Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu