Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin 1/8 finalında İsveçrəyə qalib gələrək 1/4 finala yüksəlmələrini (6:1) şərh edib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis oyunun əla keçdiyini deyib:
“Yaxşı çıxış etdik. Gözəl oyun oldu. Futbolçuları təbrik edirəm. Onlar özlərini yaxşı tərəfdən göstərdilər, amma indi göydən yerə enməli olacaqlar. Hər şey əla idi. Amma 3 gün sonra növbəti matçımız var. Əvəzetmələr bir oyun strategiyası idi, bütün oyunçular fərqlidir. Mən həmçinin Dalotu, Rafael Qerreyrunu meydana buraxdım. Halbuki, Kanselo da heyrətamiz oyunçudur.
Fernando Santuş start heyətdə yer vermədiyi millinin kapitanı Kriştiano Ronaldo ilə münasibətləri barədə də danışıb: "Mənim Ronaldo ilə problemi yoxdur. Biz uzun illərdir dostuq. Oyunçular bəzi qərarları verir, bu, heç bir şəkildə bizə təsir etmir. Artıq dedim ki, bu məsələ nəhayət həll olundu və o, böyük kapitan kimi gözəl nümunə göstərdi".
Santuş 1/4 finalda Mərakeşlə keçirəcəkləri matç barədə isə bunları deyib: "Mərakeşə gəlincə, İspaniyanı məğlub etdilər. 2018-ci il dünya çempionatında bizə çoxlu problem yaratdıqlarını xatırlayıram".
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər