Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2022-nin 1/8 finalında Cənubi Koreyaya qalib gələrək (4:1) 1/4 finala adlamalarını şərh edib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis komandasının çıxışı ilə bağlı bunları deyib:
“Balans bir anlıq da pozulursa, itirmək ehtimalı artır. Sizin siyahınızda belə oyunçular olanda meydanda düzgün mövqe tutmaq, topsuz oynamağı bacarmaq və arxa xətti dəstəkləmək də vacib olur. Məsələn, bizim komandamızda iki cinah müdafiəçisinin daha yaradıcı rolu var. Bu, balanslaşdırmağa çalışdığımız canlı mexanizmdir".
Həmçinin 61 yaşlı mütəxəssis Neymarın zədədən sonra milliyə qayıtmasından da danışıb. Tite bildirib: “O, komandanın lideridir. Neymarı həmişə meydanda axtarırlar. Oyunçularımızın hər birinin öz heyrətamiz bacarıqları var. Neymar hər kəsin oyununu gücləndirə bilən mərkəzdir”.
Tite Cənubi Koreya ilə görüşun 29-cu dəqiqəsində Rişarlisonun vurduğu qolu ehtiyatdakı futbolçuları ilə birgə qeyd edib. Onlar birlikdə rəqs ediblər. Tite bu haqda deyib: “Bunu hörmətsizlik kimi qəbul edən pis niyyətli insanlar var. Qol sevincindən, nəticədən, ümumilikdə oyundan başqa nəyisə şərh etmək istəmədim. Amma rəqibə və ya çox hörmət etdiyim Paul Bentoya qarşı hörmətsizlik yoxdur".
Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya ilə qarşılaşacaq. Görüş dekabrın 9-da oynanılacaq.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır