Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov hazırda davam edən DÇ-2022-nin oyunları ilə bağlı fikirlərini bildirib.
Qol.az-ın müxbiri ilə söhbətində Belçikanın gözləniləndən çox zəif çıxış etdiyini deyən təcrübəli mütəxəssis favoritini də açıqlayıb:
“Dünya çempionatı indi daha maraqlı keçirilir. Bizi əsas Avropa yığmaları düşündürür. Belçika millisinin nəticələri mənə çox maraqlı idi. Ancaq həddindən artıq zəif oynayırlar. Komandanın lideri Kevin de Brüyne də bunu etiraf edir.
Çox yüksək səviyyədə oynayan Braziliyadır. Fikir verin, bu komandada sonrada meydana çıxan futbolçu da hansısa TOP klubun üzvüdür. Yəni oyunlarının səviyyəsi düşmür, bəzən daha da yüksəlir. Braziliyada mundiala qədər oyunçu hazırlamaq prosesi çox yüksək səviyyədə olub. Bu komandanı favorit görürəm. Oyunlarına əsasən bunu deyirəm. Özləri də oyunlarından həzz alır, azarkeşlər də.
Biz inkişafın hansı tərəfdən getməyini Avropa ilə ölçüb biçirik. Avropada Fransanın oyununu qeyd edərdim. Amma dünən hiss olundu ki, aparıcı futbolçular olmayanda komandanın oyununda fərq həddindən artır böyük olur. Baş məşqçi Didye Deşam məcbur olub iki əsas oyunçunu meydana buraxdı ki, uduzmasınlar. Amma yenə də uduzdular”.
Mircavadov Almaniya millisindən əvvəlki oyunu görmədiyini də əlavə edib: “Mən inanmazdım ki, Almaniya ikinci dəfə böyük səhv etsin. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qrupdan çıxa bilməmişdilər. İndi yenə həmin hal yaşanmaqdadır. Yaxşı heyətləri var, amma nəsə almanlarda alınmır. Biz həmişə Almaniyanı bir maşın kimi, hərəkətli görümüşdük. İndi o təzyiqi hiss etmirik. Təkcə İspaniya ilə oyunun ikinci hissəsində o təzyiq oldu. Çünki uduzurdular”.
İspaniyanın da güclü komanda olduğunu bildirən 75 yaşlı mütəxəssis bu komandanı Braziliya ilə müqayisə edib: “İspaniya tam başqa futbol oynayır. Topla çox gözəl davranırlar. Rəqibin cərimə meydançasına girəndə də bir-birlərini axtarırlar. Almaniyaya vurulan qol da belə oldu.
İspaniya güclüdür, amma əvəzetmələri Braziliya kimi deyil. Braziliyanın heyəti çox genişdir. Adətən əvəzetmələr ya oyunda hesabı qorumaq, tempi saxlamaq, ya da oyunu artırmaq üçün edilir. Braziliyanın isə əvəzetmələrdən sonra oyunlarında birmənalı olaraq artım görünür. Bu, futbolun ən yüksək səviyyəsidir.
İspaniyada isə futbolçuların hamısı eyni səviyyədədir. Ona görə də əvəzetmələr olanda bəzən oyunlarının nizamı pozulur”.
Mircavadov “Hansı komandaya azarkeşlik edirsiniz” sualını belə cavablandırıb: “Mən futbola azarkeşlik edirəm. Fikir verirəm ki, futbol hansı istiqamətdə gedir. Adətən hər dünya çempionatında bir ixtira olunur. Taktika, oyun sistemi və digər nüanslarla bağlı. İspaniya yenə sübut etdi ki, topla işləyən komandadır. Çox cavan oyunçuları var. Ona görə də işgüzardırlar. Pressinqi əla edirlər. Amma hücumçu sarıdan problemləri var. Braziliyada isə heç bir problem görmürəm. Yenə də dünya çempionatı tam başqadır. Burda səhvsiz oynamalısan”.
Millimizin sabiq çalışdırıcısı Lionel Messinin kapitan olduğu Argentina yığması haqda da danışıb: “Argentina o qədər də güclü deyil. Dünən yaxşı görünürdülər. Amma bu ona görə idi ki, Polşa həddindən artıq zəif idi. Mən polşalı futbolçuları meydanda görə bilmədim. Biz Argentina deyəndə birinci kapitan Lionel Messini nəzərdə tuturuq. Onun qabliyyətini biz də, bütün dünya da bilir. Dünənki qollardan birində komanda yoldaşını qapıçı ilə təkbətəkə çıxardı”.
Ramiq Ağaməmmədov
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı