Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Uruqvaya qalib gəldikləri matç (2:0) barədə danışıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qələbə ilə 1/8 finala adlayan yığmanın çalışdırıcısı komandasının çıxışından razı qaldığını deyib:
"Bu, əla oyun idi və qalan heç bir şeyin əhəmiyyəti yoxdur. Bütün komandamız çətin rəqibə qarşı əla oyun nümayiş etdirdi. Boşluqlar tapıb matça nəzarət etməyi, hücum yaratmağı bacardıq. Biz əks-hücumda oynayaraq Uruqvayın istədiyini etməsinə mane olduq. İlk iyirmi dəqiqə çətin keçdi və bu, Uruqvayın xeyrinə idi. Amma sonra ikinci hissədə özümüzü toparlamağı bacardıq. Oyunumuzda nəyi inkişaf etdirmək lazımdır? Bunu oyunçularla müzakirə etməliyik. Topla kombinasiyaları təkmilləşdirməli və rəqiblərin cərimə meydançamıza yaxınlaşmasının qarşısını almalıyıq. Yaxşılaşdırmalı olduğumuz çox şey var. Amma komandada müsbət məqamlar da var".
Santuş zədəli futbolçusu Nnno Mendeşin durumu barədə də danışıb: "Nuno Mendeş... O, sabah və ya bir gün sonra sınaqdan keçiriləcək. Bir növ əzələ ağrısı hiss etdi. Ümid edirik ki, bu, mürəkkəb bir şey deyil".
Mütəxəssis 2018-ci ildə mundialın 1/8 finalında Uruqvaya uduzduqları görüşü də xatırlayıb: "2018-ci ildə məğlubiyyətlə müqayisədə hazırkı oyunumuz fərqlidir. 4 il geridə qalıb. O zaman 1/8 finalda qarşılaşırdıq. Bu dəfə Uruqvay qalib gələ bilərdi, amma biz qalib gəldik. Mərhələ adlamaq böyük məmnunluq hissi doğurur. İstədiyimiz bu idi. Komandam kompaktdır, çox yaxşı komanda ruhumuz var. Biz lider olacağımıza hələ əmin deyilik, amma birinci olmaq istəyirik".
Qeyd edək ki, ilk turda Qanaya qalib gələn (3:2) Portuqaliya yığması Uruqvayı da üstələməklə 3-cü turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqəni təmin edib. Komanda son turda dekabrın 2-si Cənubi Koreya ilə qarşılaşacaq.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"