ABŞ Futbol Federasiyası özünün sosial şəbəkələrində rezonansa səbəb olan paylaşım edib.
Qol.az xəbər verir ki, qurumun mətbuat xidmətinin dərc etdiyi 2022-ci il dünya çempionatının turnir cədvəlinin şəklindəki İran bayrağında İslam Respublikasının dövlət gerbi təsvir olunmayıb.
"The Guardian" qəzetinin yazdığına görə, bu paylaşım etiraza səbəb olub. Bundan sonra ABŞ Futbol Federasiyası (AFF) qalmaqallı fotonu sosial şəbəkədən silib. Daha sonra AFF-nin mətbuat ofisi izah edib ki, sosial şəbəkələrdə bayrağın bu formada paylaşılması İranda insan hüquqları uğrunda mübarizə aparan qadınlara dəstək məqsədi güdüb.
Məluamata görə, İran tərəfi bu paylaşıma görə ABŞ-ın 10 oyun beynəlxalq matçlardan kənarlaşdırılmasını tələb edib.
Qeyd edək ki, ABŞ-la İran DÇ-2022-nin eyni qrupunda yer alır. Bu komandalar qrupda sonuncu turda - noyabrın 29-da üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlalanacaq.
Qeyd edək ki, 2 turdan sonra İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü yeri tutur. Lider İngiltərənin 4, sonuncu pillədəki Uelsin 1 xalı var. İngiltərə - Uels matçının nəticəsindən asılı olaraq, İranı 1 xal da qane edə bilər. ABŞ isə 1/8 finala yüksəlmək üçün mütləq qələbə qazanmalıdır.
Xatırladaq ki, son vaxtlar İranda dövlət quruluşuna qarşı etiraz aksiyaları keçirilir. Artıq ikinci aydır ki, Məhsa Əmininin öldürülməsindən sonra ölkədə iğtişaşlar, mitinqlər və toqquşmalar baş verir.

Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video