“Çətin olacağını bilirdik, Meksika həmişəki kimi oynamadı. Onların beş müdafiəçi ilə oyuna çıxacaqlarından şübhələnirdik".
Qol.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Meksikaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"İlk hissə nə bizə, nə də rəqibə uğursuz oldu. Fasilədə dəyişikliklər etdik və daha yaxşı oynamağa başladıq. Onda özünüz də gördünüz ki, nə baş verdi. Matçın nəticəsini Messi müəyyənləşdirdi. Messi bütün komandanın onun arxasında olduğunu bilir. Biz uzun illərdir ki, dünyanın ən yaxşı oyunçusuna malik olduğumuzu bilirik. Düşünürəm ki, hətta meksikalı azarkeşlər də qol vurmasına baxmayaraq, Messinin oyunundan zövq aldılar.
İkinci hissədə birinciyə nisbətən daha aqressiv oynadıq. Amma 5 müdafiəçisi və 4 yarımmüdafiəçisi olan komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.
Mütəxəssis qrup mərhələsində qarşıda daha bir matçılarının qaldığını xatırladıb: "Həmin oyuna başımız dik və təvazökarlıqla yanaşmalıyıq. Biz bu yolu davam etdirməliyik. Bu oyunçuların oyununu izləmək əladır".
Qeyd edək ki, Argentina DÇ-2022-də qrup mərhələsinin son turunda noyabrın 30-u Polşa ilə qarşılaşacaq. Hazırda C qrupunda Polşa 4 xalla 1-ci, Argentina 3 xalla 2-ci, Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Meksika 1 xalla sonuncudur.
Xatırladaq ki, Messi Meksika ilə görüşdə 1 qol vurub, 1 qolun ötürməsini verib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı