Əfsanəvi futbolçular Kriştiano Ronaldo və Lionel Messinin şahmat taxtasında yer aldığı rezonanslı fotonun təfərrüatları məlum olub.
Qol.az NRK-ya istinadən xəbər verir ki, fotoda oyunçuların qarşısındakı şahmatda dünya çempionu Maqnus Karlsenlə Hikaru Nakamuranın 2017-ci ildəki oyunu düzülüb. Həmin oyun heç-heçə başa çatıb.
Bununla bağlı Karlsenin məşqçisi Piter Hayne Nilsen deyib: “Bu, Karlsenin oyunudur. Şahmatçılarda reklamda, portretdə, rəsmdə şahmat mövqeyini görəndə refleks yaranır. Biz mühitə deyil, şahmatın mövqeyinə baxırıq”.
"Louis Vuitton"un ictimaiyyətlə əlaqələr üzrə meneceri isə yazıb: "Netflix-in King's Gambit serialının istehsalı ilə məşğul olan şahmat mütəxəssisi Brüs Pandolfini fiqurların mövqeyinin nə Ronaldonun, nə də Messinin qalib gələ bilməyəcəyinə əmin olmaq üçün fotosessiyada iştirak edib".
Qeyd edək ki, Ronaldo və Messi "Louis Vuitton" brendinin reklam kampaniyasında yer alıblar. Onlar ilk dəfə eyni reklamda çəkiliblər. Reklam çəkilişi zamanı Karlsen və Nakamuranın oyununa əsasən, lövhədəki fiqurlar elə düzülüb ki, oyunçulardan heç biri qalib gələ bilməsin. Bu, brendin düşünülmüş qərarı olub.
Əlavə edək ki, çəkiliş zamanı futbolçuların ayrı-ayrılıqda fotossesiyada iştirak etdiyi, sonra görüntülərin montajla birləşdirildiyi bildirilir.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?