“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 14-cü turunda “Sumqayıt”la oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, komandasının 4:2 hesablı qələbəsini belə şərh edib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki “Sumqayıt” heç də zəif komanda deyil. Xüsusən də Samir Abasovun gəlişindən sonra komandada canlanma hiss olunur. Ötən tur “Neftçi”yə qarşı çox yaxşı təsir bağışlamışdılar. Buna baxmayaraq, rəqibin zəif nöqtələrini bilirdik. Bunun üzərində çalışmışdıq. Çox şadam ki, qələbə qazana bildik. Uşaqları təbrik edirəm. Bu gün qalib gəlmək üçün bütün güclərini meydanda qoydular. Amma bu, son deyil. Bu tempdə də davam etməliyik”.
- Qeyd etdiniz ki, “Sumqayıt”ın zəif nöqtələrini bilirdik. Həmin nöqtələri açıqlaya bilərsiniz?
- Müdafiə və yarımmüdafiə xətti arasında boşluqlar vardı. Bunu əvvəlki oyunlarda da görmüşdük. Çalışırdıq ki, bundan faydalanaq. Məşqlərdə də bunun üzərində işlədik. Düşünürəm ki, istəyimiz də alındı.
- Əvvəl qol vurmaqda çətinlik çəksəniz də, komandanız son 2 oyunda 7 dəfə fərqlənib. Bu dəyişikliyə necə nail oldunuz?
- Futbolçular təcrübəsiz idilər. Əvvəlki oyunları təhlil edərkən görürdük ki, qol epizodu yaxalasaq da, şansları dəyərləndirə bilmirdik. Məşqlərdə bunun üzərində çox çalışırdıq. Artıq faydasını görürük. İkinci dövrədə yalnız “Qarabağ”la matçda fərqlənən bilməmişdik. Bugünkü matça ciddi hazırlaşmışdıq. Digər tərəfdən də sevinirik ki, qolları ön xətdə olan futbolçular vurdu.
- Artıq PRO lisenziyasına yiyələnmisiz. Bildiyimiz qədər analiz qabiliyyətiniz güclüdür. Mətbuat konfranslarına da siz qatılırsınız və demisiniz ki, Cavid Hüseynovla qardaşıq. Maraqlıdır, maaş məsələsində də qardaşsınız, yoxsa fərq var?
- Eyni maaşı alırıq. Biz bura gələndə əvvəldən demişdik ki, məvacibin önəmi yoxdur. Çünki ikimizin də Premyer Liqada ilk işimizdir. Çalışırıq ki, bizə yaradılan bu şansdan faydalanaq.
- Cavid Hüseynovun kateqoriya kursunda müəllimi olmusunuz...
- Bəli, daha əvvəl qadın futbolunda çalışmaqla yanaşı, həm də AFFA-da çalışırdım. Həmin vaxt kateroqiya kurslarında Aslan Kərimovun köməkçisi idim. Həmin vaxt da kursda Cavidin müəllimi olmuşdum. Onu da deyim ki, Aslan Kərimov çox bacarıqlı mütəxəssisdir. Daha əvvəl də, PRO kateqoriyası zamanı da ondan çox şey öyərnmişik.
- Mövsümün əvvəlindəki “Şamaxı” ilə indiki arasında ciddi fərq var. Buna necə nail oldunuz?
- 1-2 oyunu çıxsaq, digər matçlarda heç də pis təsir bağışlamırdıq. Son turlar komanda daha yaxşı çıxış edir. Xal və xallar qazandıqca futbolçularda özünəinam yaranır. Oyunçular da görürlər ki, nəticə qazanmaq mümkündür və özlərinə olan inamları daha da artır.
- “Şamaxı”nın strategiyası məlumdur, məqsədiniz futbolçu yetişdirməkdir. Qarşıdan millinin toplanışı gəlir. Komandanızdan kimləri əsas milliyə layiq görürsünüz?
- Bu, bizdən yox, milli komandamızın baş məşqçisindən asılıdır. Sırf mənim fikrimi soruşursunuzsa, Adil Nağıyev, Rauf Hüseynli və Cəlal Hüseynovun milliyə layiq olduğunu düşünürəm.
- Komanda uğurlu çıxış etdikcə futbolçularınıza maraq artıq. Bu məqam sizi narahat edir?
- Rəhbərliklə də, futbolçularla da bu barədə söhbətimiz olub. İddialı klublardan futbolçularımız təkliflər var. Amma gənclərə izah etmişik ki, iddialı kluba gedib ehtiyatda qalmaqdansa, burada əsas heyətdə oynamaları daha yaxşıdır. Ən azı hələlik.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı