İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin DÇ-2022-nin kubokunu qazanacaqları təqdirdə, bonus olaraq alacağı məbləğ müəyyənləşib.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, yığma dünya çempionu olsa, mütəxəssis 4 milyon funt sterlinq qazanacaq. Bu da 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qalib olmaq üçün təklif edilən analoji bonusdan təxminən 3 dəfə çoxdur. Sautqeyt 4 il əvvəl 1,5 milyon funt sterlinq qazana bilərdi. Ancaq həmin il İngiltərə mundialda 4-cü yeri tutmuşdu.
Həmçinin oxuyun: Poqba DÇ-2022-də oynayacaq
Qeyd edək ki, İngiltərə DÇ-2022-də İran, ABŞ və Uelslə eyni qrupda çıxış edəcək. Sautqeytin komandası çempionatın ilk oyununu noyabrın 21-də İrana qarşı keçirəcək.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda