Millimizin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun Qol.az saytına müsahibəsi
- Vüqar, işlərin necədir?
- Futboldan kənardayam, uzaqlaşmışmam.
- Niyə?
- Arının yuvasını qurdalayanda arılar çıxıb adama cumurlar. Bunun kimi, futbol adamı olmayanlarla işləmək çox çətindir. Sənin dediklərini eləmirlər və hər şey tərsinə olur. Çalışdığım qədər yola verdim, amma alınmadı.
- Yenidən futbola qayıtmaq, məşqçi kimi çalışmaq istəyirsən?
- Əlbəttə, mənim işim futboldur. Ömür boyu bu işlə məşğul olmuşam.
- Məşqçi kurslarına qatılırsan?
- C kateqoriyam var. Gələn il isə B-ni alacağam.
- Yəqin Premyer Liqamızın oyunlarını izləyirsən. Son turda “Qarabağ” – “Neftçi” matçı (3:1) keçirildi. Görüş haqda fikirlərini bilmək istərdik.
- Oyunu izlədim. Normal oldu. “Qarabağ” hesabda geri olsa da, ikinci hissə tam fərqli keçdi. “Neftçi” elə də oyun göstərmədi. Göründü ki, “Qarabağ” rəqibindən iki baş güclüdür.
- Ümumən çempionatın gedişi haqda nə söyləmək olar?
- Çempionatda rəqabətsizlikdir. Nə qədər ki, klublarımızın öz sponsoru yoxdur, belə də olacaq. Öz sponsorun olanda büdcəni bilirsən, komandaya yaxşı baxırsan, legioner də gətirə bilirsən. İndi klubların çoxu qalıb AFFA-nın ümidinə. Çempionatda rəqabət olmamasının ziyanınə ən çox “Qarabağ” çəkir. Gərək rəqabətli çempionatda oynayasan ki, avrokuboklarda da yaxşı çıxış edəsən. Bizim vaxtımızda 14-16 komanda var idi. Lənkərana, Zaqatalaya, Yevlaxa, İmişliyə, Tovuza səfər edirdik. Onda çempionat maraqlı idi. İndi Gəncə var, Tovuz var, bir də Şamaxı. "Şamaxı" da klub olaraq yox kimidir. Açıq danışmaq lazımdır. Hə, onların məqsədi başqadırsa, yeni oyunçular yetişdirmək istəyirlərsə, buna bir söz deyə bilmərəm. Ona da vaxt lazımdır. Heç bir sponsor da buna dözməyəcək. “Turan Tovuz” da nəsə etmək istəyir. Ayxan Abasov gəlib. Məncə, komandanı düzəldəcək. Vaxt vermək lazımdır. “Sabah”ın Konfrans Liqasına vəsiqə qazanacağını düşünürəm.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını “Olimpiakos”a qarşı keçirəcək. Bu oyunlardan nə gözləmək olar?
- “Olimpiakos”a yeni baş məşqçi gəlib. Bütün futbolçular özünü göstərmək istəyəcək. Çempionatın son matçında qalib gəliblər. Komandada əhval-ruhiyyə yaxşı olacaq.
- “Olimpiakos” qrupda hər iki oyunda uduzub. Bu, “Qarabağ”la matça necə təsir edə bilər?
- Bu, “Qarabağ” üçün pisdir. Çünki indi o komanda qələbəyə, uğura acdır. Azarkeş amili də var. Amma “Qarabağ” öz oyununu göstərə bilsə, rahat qalib gələcək.
- Ümumiyyətlə, “Qarabağ”ın bu qrupdan çıxmaq şansını necə görürsən?
- Bəziləri deyirdi ki, “Qarabağ” bu qrupda heç Konfrans Liqasına da düşə bilməyəcək. Mən deyirdim ki, əksinə, komanda yaxşı çıxış edəcək. Məncə, qrupda 2-ci ola bilərlər. “Qarabağ”ın 2 səfər, 2 ev oyunu qalıb. Oyunun alınmağından çox şey asılıdır. Gördüyünüz kimi, “Frayburq”la matçın ilk 15-20 dəqiqəsi “Qarabağ” üçün pis keçdi. Komandaya nəsə olmuşdu. Sonra isə “Qarabağ” öz oyununu tapdı. Bunlar normaldır. Heyətdə zədəlilər də var.
- Milli komandamız Millətlər Liqasında qrup ikincisi oldu. Səncə, AFFA bununla qane olub baş məşqçi De Byaziyə şans verməlidir, yoxsa italiyalı mütəxəssis göndərilməlidir?
- Mən həmişə demişəm ki, bir məşqçiyə vaxt vermək lazımdır. Kim olursa olsun. Azarkeşlərimizi də başa düşürəm, nəticə istəyirlər. Deyirik ki, baş məşqçi azərbaycanlı mütəxəssis olsun. Yaxşı, azərbaycanlıya şans veriləcək? Verməyəcəklər axı. Altı aydan sonra göndərəcəklər. Həmişə belə olub. Əcnəbi məşqçiyə hər bir şəraiti yaradırlar. Sonra da müqaviləsi bitməmiş istefaya göndərirlər. Belə olanda da həmin məşqçiyə təzminat ödənilir.
Mən De Byazini qınamıram. Millinin baş məşqçisi və köməkçiləri bütün çempionat oyunlarını izləməlidir. Oyunlara getmirəm, bilmirəm, millinin məşqçiləri oyunları izləyir, yoxsa yox. Kamran Ağayevin qapıçıları izlədiyini bilirəm.
Düzdür, millimiz son 3 oyunda qalib gəldi, amma daha yaxşısını etmək olar. Çünki rəqiblər elə də güclü deyildi. Qazaxıstan əlinə düşən bütün imkanlardan istifadə edə bildi. Slovakiya xeyli zəifləyib. Əvvəlki Belarusdan əsər-əlamət yoxdur. Onlar əvvəl çox güclü idilər. Orada da nəsil dəyişikliyi gedir. Yeni nəsil gələ bilmir. Deməli, orda da bizim kimi problemlər var.
- Məşqçiyə şans verilməli olduğunu dedin. Səncə, De Byaziyə kifayət qədər vaxt verilmədi?
- Düzdür, verildi. Amma baxın, Qurban Qurbanova “Qarabağ”da nə qədər vaxt verildi? 14 ildir “Qarabağ”ı çalışdırır. Qarşısına məqsəd qoyan məşqçiyə vaxt verilməlidir. Hər bir rəhbərlik məşqçinin uzun müddət işləməyinə dözmür. Məsələn, Qurban Qurbanova millidə imkan vermədilər işləsin. Məncə, onun tələblərini yerinə yetirmədilər. Ona görə də həmişə millidən sual verəndə danışmaq istəmir.
- Sonda demək istədiyin nəsə var?
- Çox sağ olun. Əsas odur ki, yada salırsınız. Bizi yaddan çıxarmasınlar. Biz Azərbaycan futbolu üçün çox şey etmişik. Amma sözün düzünü dediyimizə görə futboldan qıraqda qalmışıq. Həyatda da elədir.
- Bizim bir çox veteran futbolçumuz bu cür açıqlamalar verir, amma millimiz əvvəllər də bundan artığını etməyib. De Byazi də son mətbuat konfransında bildirdi ki, Azərbaycan millisi heç vaxt ardıcıl 3 rəsmi oyunda qalib gəlməyib.
- Niyə elə dediyini bilmirəm. Ona demək lazım idi ki, sənin qrupunda Belçika, Türkiyə düşsəydi, onda necə olacaqdı? Onda da ardıcıl qalib gələ bilərdin? Mümkün deyildi. Ona demək lazımdır ki, sən Albaniya millisində işləyəndə əlinin altında “qaymaqlar” var idi. Hamısı Avropada oynayırdı. Hazır futbolçu ilə nə var ki, işləməyə? İş odur ki, sıfırdan başlayasan. De Byazi elə danışmamalıdır. Amma ona demək lazımdır ki, rəqiblərinə bax. Mən futbolçularımızın əməyini yerə vurmaq istəmirəm, əziyyət çəkiblər. Amma bizim də ardıcıl xal qazanan vaxtlarımız olub. Qrupda 4 xal qazanmışıq. Özü də onda rəqiblərimizin heyətində çox güclü futbolçular var idi.
Ramiq Ağaməmmədov
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər