“Əl-Hilal”ın qapıçısı Yassin Bunu “Neom”la oyundan əvvəl zədələnib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turunun matçı öncəsi Mərakeş millisinin üzvü isinmə zamanı bud nahiyəsində ağrı hiss edib. Bu səbəbdən o, qarşılaşmada start heyətində yer almayıb.
Bunun ardınca baş məşqçi Simone İnzaqi qapını Məhəmməd Əl-Uveysə etibar edib. Məhəmməd Əl-Rubai isə Bunu əvəzləmək üçün ehtiyat oyunçular skamyasına daxil edilib.
“Əl-Hilal” Bunu zədəsinin ağırlığı və onun nə qədər müddətə sıradan çıxacağı ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, matç hazırda davam edir və "Neom" 2:0 hesabı ilə qələbə qazanır.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu