“Barselona” və “Fiorentina”da çıxışları ilə tanınan ispaniyalı vinger Kristian Tello peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Tello vida mesajında futbolun ona çox şey qazandırdığını bildirib:
"Bu gün həyatımın bir hissəsi ilə vidalaşmağın vaxtıdır. Bu qədər il, oyun, soyunub-geyinmə otağı, sevinc və çətin anlardan sonra peşəkar futbolçu karyeramı başa vurmaq qərarına gəldim. Futbol mənə hər şeyi verdi. Mənə mümkünsüz görünən arzularımı gerçəkləşdirməyə, ömrüm boyu xatırlayacağım insanlarla tanış olmağa və yaddaşımdan heç vaxt silinməyəcək anlar yaşamağa imkan yaratdı.
Məni dəstəkləyən, tənqid edən və ya sadəcə yanımda olan hər kəsə ürəkdən təşəkkür edirəm. Bu idmana əlimdən gələn hər şeyi verdiyim üçün böyük məmnunluq və qürur hissi ilə ayrılıram. Bu gün peşəkar futbolçu karyeram başa çatır, amma futbolun mənə öyrətdiyi hər şey ömrüm boyu mənimlə qalacaq. Təşəkkürlər".
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”