"Çox xoş bir hal oldu. Qol vurmağı çox istəyirdim. Çünki qol futbolçuda özünəinamı artırır. Doğrudan çox yaxşı komandamız və baş məşqçimiz var".
Bu sözləri QOL.az-a açıqlamasında Kosovonun "Malişeva" klubunda çıxış edən Vüsal İsgəndərli deyib.
Azərbaycan millisinin üzvü olan yarımmüdafiəçi ötən gün Kosovo çempionatında "Gjilani"yə qarşı keçirilən oyunda (3:1) 3 qol vuraraq karyerasının ilk het-trikini edib. O qeyd edib ki, bir müddətdir baş məşqçisi Tomas Bradiç qol vurmaqla bağlı onunla xüsusi məşğul olur:
"Bundan əvvəl iki qol ötürməsi etsəm də, hələ komandada qol vurmamışdım. Sevindirici haldır ki, ilk dəfə het-trik etdim. Baş məşqçimiz özü də hücumçu olub, "Bayer"də (Leverkuzen) oynayıb, böyük karyerası olub. O da bilir ki, qol vurmağı sevən və bacaran oyunçuyam. Yəni ön xətdə oynayan futbolçunun qol vurmasının nə qədər önəmli olmasını yaxşı başa düşür. Özü də mənə çox dəstək verirdi. Demək olar ki, hər məşqdə mənimlə çox işləyirdi. Son 10-12 gün ərzində isə məşqdən sonra mənimlə fərdi şəkildə məşğul olurdu. Mənə deyirdi ki, bu işimizin bəhrəsini görəcəyik, səbrli ol. Mən də inanırdım ki, qollarım gələcək".

V.İsgəndərli qollarının ardı gələcəyini bildirib: "İlk het-triki etdim. İnşallah, davamı gələr. Dünəndən Azərbaycan mətbuatından çox böyük dəstək görürəm. Hər birinizə təşəkkür edirəm. Bu, məni çox həvəsləndirir. Yenidən qollarımla hər kəsi sevindirməyə çalışacam".
30 yaşlı yarımmüdafiəçi milli komandada da qol vura biləcəyinə inandığını deyib: "İlk növbədə millidən dəvət gözləyirəm. Hər zaman özümüə inanmışam. Son üç oyunda qolarda yaxından iştirak etmişəm. Təbii ki, milli komandada da qol vurmaqda özümə güvənirəm".
V.İsgəndərli qeyd edib ki, Kosovo çempionatı düşünüldüyü kimi zəif yarış deyil. O, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun digər yığma üzvləri kimi onun da oyununu izləməsini istədiyini bildirib: "Bəzən Balkan ölkələrinin çempionatlarına bir az fərqli baxırlar. O qədər də güclü yarış hesab edilmir. Amma burda neçə futbolçuların olduğunu, necə oyunlar keçirildiyini gəlib görmək lazımdır. Bu ölkələrdən necə futbolçular, hansı klublara gedir, ona da baxmaq lazımdır. Millimizin baş məşqçisi Ayxan Abbasov legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyir. Qismət olar, mənim də oyunumu izləyər. Mən də bunu istəyirəm. Niyə də olmasın?"
Ramiq Ağaməmmədov
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi