AFFA-nın Baş katibi Sərxan Hacıyev Qol.az saytına müsahibə verib. Müsahibədə o, Azərbaycan millisinin Millətlər Liqasındakı çıxışı, baş məşqçi Canni de Byazinin komandadakı gələcək karyerası, eləcə də digər məsələlər haqda fikirlərini bildirib.
- Azərbaycan millisi Millətlər Liqasında çıxışını ikinci yerdə başa vurdu və bu yarışın final mərhələsinə vəsiqə qazana bilmədi. AFFA rəhbərliyi komandanın çıxışını necə dəyərləndirir?
- Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci yeri tutmasına baxmayaraq, son 3 oyunda əldə etdiyi nəticə və göstərdiyi oyunla sözün yaxşı mənasında diqqət çəkməyi bacardı. Təəssüf ki, turnirin ilk qarşılaşmalarında eyni nəticə və oxşar oyunun nümayiş etdirilməsi alınmadı. Əks təqdirdə, turnir cədvəlindəki vəziyyət yaxşı mənada fərqli də ola bilərdi.
- Azərbaycan millisində çalışdığı müddətdə baş məşqçi Canni de Byazi faktiki olaraq, onun qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Millətlər Liqasında ikinci yeri tutsaq da, bu yarışın pley-off mərhələsinə vəsiqə qazanmaq mümkün olmadı. Bundan əvvəlki seçmə mərhələdə də 1 xalla sonuncu yeri tutmuşuq. Bəs, AFFA-nın baş katibi olaraq italiyalı mütəxəssisin fəaliyyətinə sizin qiymətiniz necədir?
- Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclası planlaşdırılır və gündəmdə olan məsələlərdən biri məhz milli komandanın baş məşqçi ilə bağlı olacaq. Baş katib vəzifəsinin icraçı xarakter daşıdığını nəzərə alaraq, baş məşqçi məsələsinə fikir bildirməyi hazırda məqsədəuyğun hesab etmirəm.
- De Byazinin müqaviləsi başa çatır. Son üç oyunda millimizin qalib gəldiyini nəzərə alsaq, onunla müqavilənin artırılması ehtimalı varmı?
- Sözügedən məsələ tam olaraq AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir və yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.
- AFFA İcraiyyə Komitəsinin milli ilə bağlı növbəti iclası nə vaxta nəzərdə tutulur?
- İcraiyyə Komitəsinin iclasının növbəti həftə keçirilməsi nəzərdə tutulub.
- Canni de Byazinin Qara Qarayevi millinin son toplanışına çağırmaması futbol ictimaiyyəti arasında çox müzakirə olundu. Sizə görə, belə narazılıqlar komandadaxili mühitə nə dərəcədə təsir edir? Bununla bağlı məşqçi və futbolçunun özü ilə söhbətiniz olubmu?
- Qara Qarayev bizim vacib futbolçularımızdan biridir. Aşağı yaş qruplarından ibarət komandaların heyətindən başlayaraq A milli komandaya qədər uzun yol keçib və layiqincə çıxış edib. Qara, eyni zamanda, “Qarabağ” klubunun da aparıcı üzvlərindən biridir. Qara Qarayevin hazırda milli komandaya dəvət olunub-olunmamasına gəlincə, bu məsələ tam olaraq baş məşqçinin səlahiyyətinə aiddir. Bəli, millinin oyunları ərəfəsində həm baş məşqçi ilə söhbətimiz olub, həm də bir müddət öncə “Qarabağ”ın ev oyunlarının birindən sonra Qara Qarayev ilə ayaqüstü, ümumi söhbət etmişik. Lakin bu söhbətlərin detallarına varmaq istəməzdim. Çünki yekun qərar baş məşqçi tərəfindən verilir.
- İctimaiyyətdə, mediada əcnəbi məşqçilərin millidə işləməsi ilə bağlı davamlı narazılıqlar var. AFFA bununla bağlı siyasətində dəyişiklik etməyi düşünürmü?
- Bu məsələ də tam olaraq AFFA İK-nin səlahiyyətindədir.
- U-19 millimiz Avro-2023-ün seçmə mərhələsini xalsız başa vurdu. Bu uğursuz çıxışların hesabatı olacaqmı?
- Əlbəttə, U-19 millimizin oyunlarına dair hesabat hazırlanaraq müvafiq qaydada təqdim olunacaq.
- Bu mövsüm Premyer Liqaya Misli brendi sponsorluq etməyə başlayıb. Lakin bəzi məlumatlara görə, klublar - xüsusən də “Kəpəz” və “Turan” onlara çatacaq ödənişi hələ ala bilməyiblər, klubların futbolçulara borcu yaranıb. Bu məsələ nə yerdədir və AFFA, PFL tərəfdən nə kimi işlər həyata keçirilir?
- Bir məsələyə aydınlıq gətirmək istərdim ki, “Misli” və PFL arasında sponsorluq müqaviləsi imzalanıb və bu sponsorluq PFL-ə aiddir. O ki qaldı futbol klublarımıza ayrılan maddi dəstəyə, qeyd edim ki, bu dəstək dövlətimizin futbola qayğısı olaraq göstərilir. “Kəpəz” və “Turan” klublarına maliyyə dəstəyinin hələ də ayrılmadığına gəlincə isə, bu məsələ həqiqəti əks etdirmir.
- Azərbaycan Premyer Liqasının hazırkı gedişatına AFFA rəhbərliyinin münasibəti necədir? 10 komandalı yarışın səviyyəsi sizi qane edirmi?
- Hazırda çempionatın birinci dövrəsi başa çatmaq üzrədir. Konkret fikir bildirmək çətindir. Lakin komanda sayının 8-dən 10-artırılması, gənc futbolçularımızın oynaması üçün daha çox yerlərin olması, daha çox region klublarının çempionata qatılması öz müsbət təsirini gələcəkdə göstərməyə bilməz.
- Tez-tez hakimlik və VAR sistemi ilə bağlı narazılıqlar olur. Bu problemin aradan qaldırılması istiqamətində nə kimi işlər görülür?
- Öncədən də qeyd olunduğu kimi, VAR sisteminin tətbiqi Azərbaycanda bir yenilikdir və müəyyən məqamlarda hansısa nüanslar üzə çıxa bilər və çıxır. Təkcə bizdə deyil, digər ölkələrdədə ilkin mərhələdə bu cür hallara rast gəlinir. Müvafiq təhlillər apaılır və inanırıq ki, təcrübə artdıqca sistemin tətbiqi daha da təkmilləşəcək.
- Hazırda xarici liqalarda - xüsusən Rusiya və Ukraynada əslən azərbaycanlı futbolçular oynayır. Onlardan bəziləri, məsələn, Ayaz Quliyev bir vaxtlar AFFA ilə danışıqlar apardığını təsdiqləyib. Hazırda həmin oyunçuların millimizə cəlb olunması istiqamətində hər hansı fəaliyyət varmı?
- Əlbəttə, əslən azərbaycanlı futbolçular müvafiq şöbələrimiz tərəfindən diqqət mərkəzində saxlanılır və ehtiyac duyulduğu təqdirdə müəyyən məsləhətləşmələr aparılır.
Ramiq Ağaməmmədov
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi