Azərbaycan Premyer Liqasının 7-ci turunda bu gün keçirilən “Zirə” – “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qələbə idi. Hesabda irəli olduqda belə, dayanmır, sürəti artırırdılar. Bu, çox vacibdir. Sıx qrafikdəyik. Çətinliklərə dözdülər və sonra kiçik bir uğur əldə etdilər.
- Musa Qurbanlı çempionatın bombardiridir. Sizcə, o, milli üçün hazırdır?
- Hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Bu barədə fikir bildirə bilmərəm. Yığmanın öz idarəediciləri var.
- Ozobiçdən sonra illərdir, yerli bazardan legioner transferi görmürük. Digər klublarda diqqətinizi çəkən oyunçular varmı?
- Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik. Yerli çempionatdakı futbolçuları da izləyirik. Bəyəndiyimiz oyunçular da var. Kimləsə bağlı fikir bildirsək, düzgün çıxmaz. Ancaq nəzarətimizdədir.
- “Zirə”yə 7 qol vurduz. Bu nəticəni növbəti turun "Neftçi" ilə oyunu üçün ismarıc kimi görürsüz?
- Xeyr. “Neftçi” barədə düşünmürük. Futbolçularımızı oyundan oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. “Neftçi” ilə matça var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik. Bu oyunun ona heç bir aidiyyatı yoxdur.
- Dediniz ki, Musa hələ “Qarabağ” üçün hazır olmalıdır. Bu gün əlinə düşən bütün imkanlardan yararlandı. Hazır olmaq üçün nə etməlidir?
- Qol vuran futbolçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik.
- “Nant”la oyundan sonra “Qarabağ”ın yorğun, ağır olacağı gözlənilirdi. Meydanda əksini gördük...
- Bu gün də rotasiyalar etmişdik. Çox da uğurlu alındı. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı oynamalıyıq. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hər məşqçinin öz düşüncələri var. Yorğunluq barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır.
- Millinin oyunlarının komandanın formadan düşməsinə səbəb olmayacaq? Milliyə gedənlərin arasında zədələnənlər də ola bilər...
- Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalır. Digərləri 3-4 gündən bir oynayacaq. Legionerlərimiz arasında da gedənlər olacaq. Oyunçularımız çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Edəcək bir şey yoxdur.
- Hücum xətti üçün azad agentlərə baxırsınız?
- Bizdə baxış daim gedir. Nə vaxt alınsa, istifadə edəcəyik.(futbolpress.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi