Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” – “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Danışacaq çox şey yoxdur. Rəqib açıq-aşkar üstün idi. İlk hissədə oyun düşündüyümüz kimi gedirdi. Fasilədən sonra istədiyimiz alınmadı. Nəticədə böyük hesabla uduzduq.
- Ağır məğlubiyyətin səbəbi nə idi?
- Çox səbəblər var. “Qarabağ” böyük motivasiya, istəklə oynayırdı. 43-cü dəqiqədə qol buraxmağımız bizə psixoloji zərbə oldu. Kobud səhvlərə yol verdik. Nəticədə böyük hesabla uduzduq. Rəqibin 8 qol epizodu oldu, 7-dən yararlandılar. Nə vurdularsa, qol oldu. Yalnız bir epizod qaçırdılar. Hücum xəttində çox dəqiq oynadılar.
- “Qarabağ”ın ağır oyundan sonra çətinlik çəkəcəyi gözlənirdi. Siz də bunu düşünürdüz?
- Bəli. Ağır qrafikdə çətinlik çəkə biləcəklərini düşünürdük. Bu gün “Qarabağ” qarşısıalınmaz idi. 3-cü qoldan sonra komanda tamamilə oyundan qopdu. Hesabın böyüməməsi üçün dəyişikliklər etdik, ancaq alınmadı.
- “Qarabağ”ın bütün imkanlardan yararlandığını dediniz. Müdafiəniz niyə bu qədər boşluq verdi?
- Müdafiədə boşluq var ki, cərimə meydançamızda imkan tapırlar. Bu gün Musanın günü idi. Hər komandanın uğursuz və uğurlu günləri olur. Bu gün hər ikisi var idi. Rəqibin uğurlu, bizim uğursuz günümüz idi.
- Çantakiasın ən zəif oyununu keçirdiyini demək olarmı?
- Tək o yox, bir çox futbolçu ən zəif oyununu keçirdi. Rəqib də çox sürətli oynayırdı. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasına asma yoxdur. Futbolçu öz ağlındakıları edəndə nəticə belə olur. Demək olar, bütün futbolçular potensialından aşağı çıxış etdi.
- Belə məğlubiyyətin komandada inamsızlıq yaradacağını düşünmürsüz?
- Hər məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə oldu. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, “Qarabağ” bizdən 2-3 dəfə üstündür. Vacib olan növbəti matçlarımızdır.
- “Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiz?
- Möhtəşəm!
- Qrup səddini aşa bilərlərmi?
- “Qarabağ” oyundan oyuna düşünür. İndi də belə olduğunu fikirləşirəm. Belə söhbətlərin komandaya zərərdən başqa təsiri yoxdur. Hamı növbəti oyun barədə düşünməli, qrupdan çıxmaq barədə danışmamalıdır.(futbolpress.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi