"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sora mətbuat konfransı keçirib.
- Canlarından keçən şəhidlərə Allah rəhmət eləsin, ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Oyuna gəldikdə isə, bizim üçün 3 xal çox vacib idi. Çox yaxşı oynadıq. Demək olar ki, bütün komandalar bizimlə oyuna çox motivasiyalı başlayırlar, aqressiv oynayırlar. Bəzən bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilmədik. Amma ikinci hissədə yaxşı oynadıq və lazım olan qolları vurduq. Oyundan çox razıyam.
- Demək olar ki, bu gün Patonu mərkəz hücumçusu kimi kəşf elədiniz?
- Bilirik ki, Pato o mövqeyin oyunçusu deyil. Amma onu hər gün məşqlərdə izləyirəm. Bilirəm ki, aqressiv oyunçudur. Təhlükəlidir, çünki, yaxşı sürətə malikdir. Bu gün son 15 dəqiqədə rəqib oyunu bizim üçün açdı. Ona görə də mən Patonu meydana buraxmaq qərarı verdim. Rəqibin buraxdığı boşluqlardan istifadə etmək istəyirdim.
- Boqomolski çox çalışdı, amma qol vura bilmədi. Bu, şanssızlıqla əlaqədardır?
- Düşünürəm ki, bu normaldır. Oyun ərzində gördük ki, onun üçün epizodlar yarandı. Həm qaçdı, həm mübarizə apardı. Amma qol vurmaq məqamı çatanda düzgün qərar vermədi. Mənim ona böyük inamım var. Hazırda oyundan sonra milli komandanın düşərgəsinə gedir. Oradan qayıtdıqdan sonra onun üzərində işləməyə vaxtımız olacaq.
- Qapı xəttində rotasiyaya necə baxırsınız?
- Əlimizdə iki yaxşı qapıçımız olduğuna görə sevinməliyik. Hər ikisi məşqlərdə çox ciddidirlər. Nə zaman hansına ehtiyacım olsa, onu da istifadə edə bilirəm.
- Fəridi qəzəblənib əvəzlədiniz?
- Xeyr, belə deməzdim. Fərid gənc oyunçudur. Oyuna çox motivasiyalı başlamışdı. Onu məşqlərdə görürəm, bir futbolçu kimi çox istəyirəm. Oyun zamanı bəzi situasiyalar var ki, onları öyrənməlidir. Onu göstərdiyi oyuna görə dəyişmədim. Sarı vərəqə aldığına görə Fəridi əvəzlədim. Gənc oyunçudur, nəyə görə əvəzlədiyimi ona başa saldım.
- Sanki Kenni Sayefin fikri hələ də "Rapid"lə Vyanadakı oyunda qalıb...
- Xeyr. Bizim üçün çox vacib oyunçudur. Bir neçə oyun əvvəl bəxtsizlik oldu, isinmə hərəkətləri zamanı burnu qırıldı. Bir həftə ərzində tam məşq edə bilməmişdi. Amma bəxtimiz gətirib ki, çempionatda fasilə yaranır və çatışmayan cəhətlərin üzərində işləyəcəyik.
- Dörd oyundur qələbə qazanırsınız. Belə bir məqamda çempionatda fasilə yaranacaq. Yüksək temp tutan komanda üçün bu, müsbətdir, yoxsa mənfi?
- Ümid edirəm ki, bu fasilə bizim üçün xeyirli olacaq. Bəzi zədəli futbolçularımızı bərpa etmək üçün vaxtımız var. Donyo, Pato, Caber, hətta Eddinin bəzi problemləri var. Amma o, milli komandanın düşərgəsinə getməlidir. Kenninin də fasilədən sonra daha yaxşı olacağını düşünürəm. Ümid edirəm ki, bu fasilə bizim üçün xeyirli olacaq və "Qarabağ"la oyuna kimi bütün futbolçular əlimin altında olacaq.
- "Qarabağ"la oyuna görə sizdə həyəcan var? Çünki, azarkeşlərin gözü bu derbidə olacaq...
- Bizim üçün asan oyun olmayacaq. Onların Avropa Liqasındakı çıxışı mükəmməldir. Dünən "Nant"a qarşı çox yaxşı oyun nümayiş etditrdilər. Bilirəm ki, bu oyun böyük bir stressdir. Bütün futbolçular bu matçda çox motivasiyalı olacaqlar. Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız var. Hazırda nəticə o qədər də önəmli deyil. Çünki, öz aramızda çox oyunumuz olacaq. Amma əlbəttə ki, məğlub olmamaq vacibdir.
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə