"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
- Allah şəhidlərlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Oyuna gəldikdə isə "Sabah"ın gücü bəlli idi, iddialı komandalarımızdandır. Təəssüf ki, oyuna yaxşı başlaya bilmədik. Qırmızı vərəqədən sonra oyun planımız pozuldu və rəqib bundan istifadə etdi. İkinci hissədə futbolçularım həqiqətən yaxşı mübarizə apardılar, qol da vurduq. Bəlkə də gücümüz qalsaydı, sonda ikinci qolu da vura bilərdik. Belə oyunlar bizim üçün yaxşıdır. Gənc futbolçular var, belə matçlarda inkişaf edəcəklər. Çempionatda fasilə yaranacaq. Gələn ay sıx qrafikdir. Səhv etmirəmsə, beş oyun olacaq. Bu fasilədən səmərəli istifadə edib hazırlaşacağıq.
- Demək olar ki, gözlədiyiniz "Sabah"ı görmədiniz?
- Bu gün "Sabah"ın ciddi itkiləri var idi. Rəqib haqda çox danışmayım. Gerçəkçi olmaq lazımdır, futbolçularımız hücumların qarşısını ala bilirdilər. Kaşuk və Letiç cinahlarda yaxşıdırlar. Orada da yaxşı ola bilsəydik, demək olar ki, təhlükə yox idi. Amma yenə də ustalıq öz sözünü dedi. Mövsüm uzundur. Onların da bizim də enişi, yaxşı oyunları olacaq. Gələn oyunlarda xal qazanmağa çalışacağıq.
- İkinci məğlubiyyətinizdir. İkisində də oyunçunuz qırmızı vərəqə almışdı. Bu haqda nə deyə bilərsiniz?
- İkisi də iyun epizodu idi, bir az sərtlik var. Nizam-intizamla bağlı bir şey olsaydı, bizi narahat edərdi. VAR sisteminin gəlişi ilə çempionatlarda qırmızı vərəqələrin, penaltilərin sayı çoxalıb. Normaldır. Amma "Qəbələ" ilə oyunda sərtliyin şiddəti o qədər də deyildi. Bu gün isə şiddət var idi. Bir az ehtiyatlı olmalıyıq. Çünki, "Sabah"a qarşı 10 nəfərlə oynamaq çox çətindir.
- Turan Vəlizadənin oynamamağının səbəbi nədir?
- Rotasiyalar olur. Zədəsi yoxdur. Gənc futbolçularımiz çoxdur. İstəyirik ki, onlara da şans verək. Növbəti oyunlarda da rotasiyalar edəcəyik.
- Ardıcıl qələbələr qazandınız. Bu, futbolçularda arxayınlıq yaratmışdı?
- Xeyr, deməzdim. Futbolçuların məşqdə, bu gün oyunda istəkləri göstərir ki, elə deyil. Onlara bildirmişəm ki, biz hələ heç nə etməmişik. Öz gücünüzə yaxın komandalara qalib gəlmək yaxşıdır. Bu matçlarda xal ehtiyatımızı artırdıq. Bu, futbolçuların inkişafı üçün vacibdir. Çünki, məğlub olanda psixoloji durum yaxşı olmur.
- Hakimə kəskin etiraz edirdiz. Bunun səbəbi nə idi?
- Böyük etirazım ona idi ki, sanki, qərar verə bilmirlər. Görürük ki, Avropada daha tez qərar verirlər. Yəqin ki, yenidir, ona görə belə olur. İlk hissədə 10 dəqiqə oyun dayandı. İkinci hissədə epizodlar oldu ki, sarı vərəqə vermədi.
- Mövsüm başlayandan qapıda Tərlan Əhmədliyə şans verirsiniz. Daha təcrübəli Kamal Bayramovun oynamaq ehtimalı var?
- Kamala böyük güvənimiz var. O, bizim kapitanlarımızdandır. Mövsüm ərzində ona da şans verəcəyik. Tərlan və Kamalın bizim komandada olması böyük üstünlükdür. Çünki, qapı xəttində rahatıq (sportal.az).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi