“Həqiqətən də oyundan əvvəl bütün Azərbaycan xalqı şəhidlər verdiyimizə görə qəmgin idi. Bu oyun sanki yerinə düşdü ki, xalqımız az da olsa, sevindi. Çünki Qarabağ adı həm idman, həm də siyasi baxımdan bizim üçün çox vacibdir".
Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib. O, “Qarabağ”ın ötən gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”a (Fransa) 3:0 hesabı ilə qalib gəlməsi barədə danışıb.
Qələbə münasibəti ilə xalqımızı və Ağdam təmsilçisini təbrik edən Əsədov bunun çox vacib qalibiyyət olduğunu qeyd edib:: “Fransa Ermənistanı dəstəkləyən ölkələrdəndir. “Qarabağ” isə dünən Fransa klubuna qalib gəldi. Düzdür, mən istəmirəm ki, bunu siyasi məsələ kimi qələmə verim. Sadəcə olaraq bu faktorlar var idi və oyun öncəsi hamımızı həyəcanlandırırdı. Bu möhtəşəm qələbəyə görə əvvəlcə xalqımızı, daha sonra Qurban Qurbanov başda olmaqla “Qarabağ”ı təbrik edirəm”.
A. Əsədov bildirib ki, “Qarabağ” matçın ilk dəqiqələrində həyəcanlı olsa da, daha sonra “Nant”dan üstün futbol nümayiş etdirib: “İlk 20 dəqiqə ərzində komandada həyəcan hiss olunurdu. Bu da başa düşülən məsələdir. Futbolçular da insandırlar. Onlar da bu yükü, gərginliyi oyundan əvvəl hiss edirlər. Biz özümüz də futbol oynamışıq. Belə hadisələr olanda istər-istəməz ikiqat yük altına düşürsən. Ona görə də ilk dəqiqələr bir az ağır keçdi. Amma “Qarabağ” sonradan meydanda dominant komandaya çevrildi. Qalan bütün dəqiqələrdə, xüsusilə də 2-ci hissədə möhtəşəm oyun nümayiş etdirdi, gözəl qələbə qazandı. Demək olar ki, ilk 20 dəqiqəni nəzərə almasaq, bütün göstəricilərdə - həm pressinq, həm sürət baxımından “Qarabağ” “Nant”ı üstələdi”.
Mütəxəssis komandamızın bu cür çıxış edərək, növbəti mərhələyə vəsiqə qazana biləcəyini deyib: “Püşkatmadan sonra hamı bilirdi ki, çətin qrupa düşmüşük. Həmin fikir yenə də qalır. Amma “Qarabağ” 1-ci turda “Frayburq”a 1:2 hesabı ilə uduzsa da, göstərdi ki, komanda təcrübəsi və öz inamı hesabına qrupdan çıxa, ilk 1 və 2-ci yerlər üçün mübarizə apara bilər. Dünənki oyun da bunu sübut etdi. Düşünürəm ki, “Qarabağ” artıq yaxşı forma yığıb və növbəti matçlarda da bunun davamını gətirib, ən azından 2-ci yeri tuta bilər”.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi