"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
Qol.az xəbər verir ki, o deyib: "Bu çətin günlərdə bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Çətin rəqibə qarşı oynayırdıq. Oyundan əvvəl bizə desəydilər ki, 3:0 hesablı qələbə qazanacağıq, inanmazdıq. Bu hesabı gözləmirdim, amma komanda olaraq möhtəşəm oynadıq. Məşqçilər, oyunçular, azarkeşlər komplekt çıxış edirdik. Sanki bir-birimizi dəstəkləyirdik. Fikrimiz bir olanda yaxşı nəticə əldə edə bilirik. Fransanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Ön xəttdə təhlükəli oyunçuları var idi. Hər şey biz istədiyimiz kimi oldu".
Q.Qarayev bildirib ki, bu, karyerasının ən çətin oyunlarından biri idi: "Bir qarabağlı olaraq belə bir dönəmdə oyunlara hazırlaşmaq mənim üçün xüsusilə çətin idi. İstər ailəm, istərsə də komanda yoldaşlarım mənə motivasiya verə bildilər. Qazandığımız uğur ən birinci əsgərlərimizə, daha sonra azarkeşlərimizə həsr olunur. Nə qədər qələbə qazansaq da, bu qələbə əsgərlərimizin qələbəsinə çata bilməz. Qələbəmizin əsgərlərin qazandığı qələbənin yanında kiçik, dəyərsiz olduğunu hesab edirəm. Bütün əsgərlərimizə salam göndərirəm. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ailələrinə səbr arzulayıram. Komandamızda hər kəs bu duyğuları hiss edir. Mənim üçün bu, "Legiya" ilə matçdan sonra olan xüsusi görüş idi. Belə çətin vəziyyətdə axırıncı dəfə həmin oyunda olmuşam. Ümid edirəm ki, belə vəziyyəti bir daha görmərik. Azarkeşlərimizə təşəkkür edirəm. Sadəcə möhtəşəm idilər. Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır. Qarşıdakı oyunlarda hər kəsə xırda bir sevinc bəxş etmək üçün qələbə qazanmağa çalışacağıq".
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü