“Bizi gərgin, yaxşı oyun gözləyir. Çünki istənilən halda bu qrupda keçirilən bütün matçlarda şanslar 50-50-yədir”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün “Nant”la evdə oynayacağı görüş haqqında fikirlərini bölüşüb. A.Kərimov bildirib ki, Ağdam təmsilçisinin Fransa klubu ilə matçda xal və ya xallar qazanacağına inanır:
“Qarabağ” 1-ci turda “Frayburq”la görüşün ilk hissəsində o qədər də yaxşı oynamamışdı. Amma ümumilikdə gördük ki, “Qarabağ” qrupun lideri ilə belə mübarizə apara bilər, hətta qalib gələ də bilər. “Qarabağ” “Nant”la matçı evdə keçirir, azarkeşlərin dəstəyi olacaq. Bu, bizim üçün üstünlükdür. Məsələnin texniki tərəfinə baxsaq, “Nant” tez-tez sistem dəyişikliyi edir. Bəzən 5-li, bəzən də 4-lü müdafiə ilə oynayırlar. Məsələn, Liqa 1-də liderlərə qarşı, PSJ ilə matçlarda 5-li müdafiə ilə çıxış edirlər. Bakıda hansı üslubu seçəcəkləri mənim üçün sualdır. Əgər 5-li müdafiə ilə oynasalar, arxaya otursalar, bizim üçün onların müdafiəsini yarmaq çətin olacaq. Amma açıq futbol oynasalar, “Qarabağ”ın qələbə qazanmaq, xal almaq şansı var. Çünki hücumameyilli futbolçularımız “Nant”ın müdafiəsini yara bilmək iqtidarındadırlar. Yeganə təhlükəli məsələ “Qarabağ”ın əsas müdafiəçilərinin əksəriyyətinin zədəli olmasıdır. Səhv etmirəmsə, “Qarabağ”ın 4 futbolçusu zədəyə görə bu matçda iştirak edə bilməyəcək. Bu, bizim üçün mənfidir. Amma ümumilikdə mən bu gün “Qarabağ”ın xal və ya xallar qazanacağına inanıram”
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Nant” matçı saat 20:45-də başlayacaq.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi