“Mənim özümə də maraqlı idi ki, “Qarabağ” “Marsel”lə oyundan sonra “böyük 5-lik” ölkələrinin komandalarına qarşı bu dəfə necə çıxış edəcək. Məsələn, “Qarabağ” “Lex”, “Sürix”, “Ferentsvaroş, hətta “Viktoriya” ilə matçlarda da gözəl oynadı. Allaha şükürlər olsun, “Qarabağ” “Frayburq”a qarşı da çox yaxşı, inamlı çıxış etdi”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib. O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Frayburq”la (Almaniya) keçirdiyi oyun (1:2) və sabah 2-ci turda “Nant”la (Fransa) qarşılaşacağı matç barədə fikirlərini bölüşüb.
Musayev bildirib ki, Ağdam təmsilçisi “Frayburq”a qarşı inamlı oynadı: “Meydanda yenə də bizə böyük ümidlər verən “Qarabağ”ı gördüm. İlk 15-20 dəqiqəni çıxmaq şərti ilə gözəl oyun nümayiş etdirdilər. “Qarabağ” bizim gələcəyə doğru ümidlərimizi bir az da artırdı”.
B. Musayev “Frayburq”la görüşdə hakimlərin “Qarabağ”a qarşı haqsızlıq etdiyini deyib: “Təəssüf ki, oyunda hakim səhvləri oldu. Söhbət təkcə penalti epizodlarından getmir. Halbuki bu da nəticəyə təsir edən bir şeydir. Məncə, heç hər iki epizodda penalti verməmək olardı. Amma birinci “Qarabağ”ın əleyhinə penalti təyin edirsənsə, Zubirə qarşı qayda pozulanda o penaltini 100 faiz verməli idin. Təəssüf ki, bəzi epizodlarda “Qarabağ”a qarşı qərəz görünürdü. Məsələn, son dəqiqələrdə hücuma keçəndə təmiz mübarizədən top qazanırdıq, onda da hakim oyunu dayandırır, hücumun davamının gəlməyinə mane olurdu. Belə deyim, hakim nəzərə çarpacaq dərəcədə “Qarabağ”a qarşı qərəzli davranırdı. Amma “Qarabağ” doğrudan da başıuca çıxış etdi. Yəni, “Frayburq” “böyük 5-lik” ölkəsinin komandasıdır. Azərbaycan çempionatından çıxıb, bu komandalara qarşı belə oynamaq qürurvericidir”.
Mütəxəssis Qurban Qurbanovun komandasının “Nant”la sabah keçirəcəyi görüş haqda isə bunları deyib: “Bu oyunlardan sonra görürsən ki, “Qarabağ” daha da püxtələşib. “Nant” həm çempionat, həm də büdcə, həm də futbolçuların səviyyəsi baxımından “Qarabağ”dan çox üstündür. Amma “Qarabağ” komanda kimi çox böyüyüb. Burada komanda oyunu, Qurban Qurbanovun qurduğu sistem var. Bu gün başlarından yuxarı futbol nümayiş etdirirlər. Bəxt bir az yanımızda olsun. İstərdim ki, ilk qələbəmizi “Nant”la oyunda qazanaq. “Qarabağ” onsuz da Avropa Liqasının qrup mərhələsində oynamaqla böyük işlər görür. İndi də bizi də hər oyun komandadan qələbə gözləməyə məcbur edir. Amma yenə deyirəm, fərq böyükdür. Bəxt amili yanımızda olsun, hakimlər qərəzli davranmasınlar. Əlbəttə, “Qarabağ” göstərir ki, bu komandalara qarşı oynamaq olar və oynayır da. Ümid edirəm ki, komandamıza qarşı haqsızlıqlar olmayacaq və bəxt bizim tərəfimizdə olacaq. İnşallah, qələbə qazanaq və bu çətin qrupda irəliyə addım ataq. Amma “Qarabağ” bu komandanı 100 faiz udmalıdır və ya udacaq deyə bilmərəm. Elə bir şey yoxdur. Çünki fərq böyükdür. Sadəcə “Qarabağ” artıq bizi o həddə çatdırıb ki, “Nant” kimi komandaya qarşı oyundan qələbə gözləyirik”.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi