"Qarabağ" bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2022 / 12:56 7627
-  A +

Avropa Liqasının qrup mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Nant" (Fransa) matçı bir dəqiqəlik sükutla başalaya bilər.

Qol.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, Ermənistanın törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu bildirib. Qeyd edib ki, UEFA-nın hansı qərar verəcəyi sabah bilinəcək.

Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner