Əfran İsmayılov "Kəpəz"in məşqlərinə qoşuldu

Əfran İsmayılov "Kəpəz"in məşqlərinə qoşuldu
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2022 / 00:15 1970
-  A +

“Kəpəz” iki günlük istirahətin ardından həftəsonu “Şamaxı”ya qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün bir dəfə məşq edən komanda sentyabrın 13-ü və 14-də səhər və axşam olmaqla iki dəfə məşq edəcək.

Hazırlıq prosesləri saat 10:00 və 17:00-a təyin olunub.

Məşqdə zədəli olan Fərid Nəbiyev iştirak etmir. Komandanın digər zədəli futbolçusu Əfran İsmayılov isə kollektivə qoşulub.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner