“Çempionat start götürəndən hakim idarəçiliyi problemləri qabarıq üzə çıxır. 5-6 tur keçib və oyunlarda qalmaqallar yaşanır. Çox önəmli məsələdir, qalmaqallar stadionlarda təşkilatçılıq, təhlükəsizlik, komandaların aşırı davranışları, intizamsızlığı ilə bağlı deyil, böyük ölçüdə idarəçilik naşılığı, hazırlıqsızlığı, hakimlik sistemində özbaşınalığın yaradılmasının nəticəsidir”.
Bu sözləri Qol.az saytına açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib. O, ötən gün Azərbaycan Premyer Liqasının 6-cı turunun mərkəzi oyununda - “Qarabağ” - “Sabah” matçındakı (4:3) mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.
Görüşun 90+2-ci dəqiqəsində “Qarabağ”ın penalti qazandığı epizoddan öncə top Ağdam təmsilçisinin futbolçusuna toxunaraq meydandan çıxsa da, topu oyuna elə “Qarabağ”ın futbolçuları daxil ediblər. Qurban Qurbanovun komandası həmin hücumda penalti qazanaraq, qələbə qolunu vurub. “Sabah”ın futbolçuları VAR-a baxılmasını tələb etsələr də, baş hakim İnqilab Məmmədov onların istəyini cavabsız qoyub. Həmin epizod futbol ictimaiyyəti tərfindən müzakirələrə səbəb olub.
Tahir Süleymanov Qol.az-a açıqlamasında hakimlərin yalnış qərar verdiyini deyib:
“Ümumi problemə bir oyun, bir epizod müzakirəsi çərçivəsində yanaşmaq doğru olmaz. Bir çox matçlarda komandaların lehinə və əleyhinə hakim qərarları verilib. "Qarabağ" - "Sabah" görüşü istisna deyil. Səbəbləri şərtləndirən amillər var.
AFFA tərəfindən çox yanlış və davamlı təbliğat aparıldı ki, VAR sistemi ölkə çempionatında tətbiq ediləndən sonra hakim problemləri çözüləcək. Həvəskar düşüncə tərzi ilə yanaşma, vaxt itkisi bumeranq effekt verməkdədir. VAR sistemi oyunları idarə etmir, köməkçi vasitə, yeni texnologiyanın futbolda tətbiqidir. İlk növbədə oyuna cavabdeh baş hakim və onun meydanda olan briqadasıdır. VAR müəyyən olunmuş çərçivədə köməkçi funksiyanı daşıyır. VAR-ın hər epizoda müdaxilə etmək, qarışmaq səlahiyyəti yoxdur. Referi-VAR otağı arasında sinxron əlaqə, keyfiyyət, işbirliyi yüksək olmalıdır. Futbol ictimaiyyətinə AFFA, cavabdeh şəxslər tərəfindən bunlarla bağlı daimi izahlar verilməli, maarifləndirmə yüksək olmalı, müstəqil ekspertlər, sözü keçən, obyektivliyə önəm verən, futbol ictimaiyyəti tərəfindən qəbul edilən mütəxəssislərlə, jurnalistlərlə ümumi iş naminə dialoqlar, debatlar təşkil edilməli, cəmiyyət dolğun məlumatlandırılmalıdır. Olmadıqda, məlumatsızlıqdan bəzi epizodların yanlış müzakirələri baş verir, emosiyalar pik həddə çatır. Obyektiv baxış, analizlər mütləqdir və kənarda "günahkarların" axtarılması yanaşmasına son qoyulmalıdır. Biz "doğruyuq" təfəkkürü ilə özlərini "pis" aparan, haqqını tələb edən məşqçi və futbolçuların cəzalandırılması, sarı, qırmızı vərəqələrin sağa-sola paylanması, "özünüzü yaxşı aparın" diqtəsi çıxış yolu deyil. Əksinə, qarşıdurmanı daha da genişləndirir, qızışdırır. Təbii, bəlli futbol qaydaları var və hər bir şəxs buna uyğun davranmalıdır. Məsələlərin kökündə, çözümündə birtərəfli qərarlar olduqda, emosiyaları qorumaq, haqsızlıqlarla barışmaq asan deyil. Belə idarəetmə sonda xaosa, matçlarda qalmaqallara gətirib çıxarır, təşkilatçılara inam azalır”.
T.Süleymanovun fikrincə, "Qarabağ" - "Sabah" matçında haqlı qərarlar da, bəsit, yolverilməz hakim səhvləri də oldu: “Bunlar tək VAR sistemi ilə əlaqələndirilməməlidir. "Sabah"ın müdafiəçisi A.Baya oyunun ruhuna, növbəti dəqiqələrə, sonrakı gedişə önəm vermədən qətiyyətlə ikinci sarı, ardınca qırmızı vərəqə göstərilirsə və görülməməsi mümkün olmayan, mübahisə belə doğurmayacaq adi aut qərarında bağışlanmaz səhv edilirsə, ardınca haqlı olsa da, penalti qərarı verilirsə, digər epizodları müzakirə etməyə ehtiyac yoxdur. Aut qərarında doğru addım atılsaydı, ümumiyyətlə, penalti epizodu da olmayacaqdı. Meydanda 10 futbolçuyla qaldıqdan sonra "Sabah" etiraz, intizamsızlıq etmədi, əksinə, mübarizəyə daha həvəslə qoşuldu, matçda geridönüş etdi. "Mükafat" - baş məşqçilərinin qovulması oldu. 10 nəfərlə mübarizəni obyektiv olaraq qəbul edən baş məşqçi sonda niyə çılğınlıq, etiraz etsin ki?! Hakimlərin kvalikasiyası bu matçı idarə etməyə yetərli deyildi, ən azı oyuna psixoloji hazırlıq çox aşağı səviyyədə idi və matçın yükünü, ağırlığını qaldıra bilmədilər. "Frayburq" - "Qarabağ" qarşılaşmasında baş vermiş hakim özbaşınalığı obyektiv olaraq təhlil edilib futbol ictimaiyyətinə çatdırıldı. Avropa futbolu səviyyəsindən geri qalmayan "Qarabağ" - "Sabah" görüşündə də hakim xətalarının ardıcıllığı təəssüf ki, birtərəfli idi. Burada hansısa komandanı günahlandırmaq yox, səbəblər araşdırılmalıdır. Səbəblərin kökü AFFA-dadır!
Əvvəlki oyunlarda yeni sistemin uyğunlaşması ilə bağlı aşırı dayanmalar baş verir, hətta 5-6 dəqiqəlik pauzalar yaranırdı. Bunlar böyük ölçüdə aradan qalxıb və yersiz fasilələr yaranmırsa, yanlış təəssürat oyadır ki, referi-VAR məsləhətləşmələri aparılmır. Oyun ərzində, doğru və ya yanlış, hər an, bunlar aparılır və danışılır...”
Nur Zeynalova
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır