"Neftçi"dən yubiley qolu

"Neftçi"dən yubiley qolu
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2022 / 12:22 1293
-  A +

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 6-cı turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.

Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner