"Nəhayət ki, ilk qolumuzu vurduq. Amma qolu tez vurmaq bizə o qədər də yaxşı təsir etmədi. İlk hissənin sonunda qapımızda qol gördük, sonra da oyunu dəyişə bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Alekssey Baqa Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
- Bu gün çempionatın autsayderini məğlub edə bilmədiniz. Komandanın dirçələcəyinə inanırsız?
- Dirçəliş nəyə deyirsiz? "Sumqayıt" nə vaxtsa çempion olub? Başa düşürəm ki, hazırda pozitiv məqamlar azdır. Amma çalışacağıq ki, bu məqamları düzəldək. Məşqçidən tutmuş oyunçulara qədər hamımız birlikdə komandanın yaxşı oynaması üçün çalışmalıyıq.
- Nə vaxt istefa verəcəksiniz?
- Belə bir şey baş versə, hamınız görəcəksiniz. Amma indiki məqamda bunu deyə bilmərəm.
- Belə bir fikir var ki, legionerləri siz seçməmisiniz, rəhbərlik transfer edib. Bu haqda nə deyə bilərsiniz?
- Şayiələr barədə mənim nəsə deməyim doğru deyil. Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. Mənim işim komandanı məşq etdirməkdir. Legionerləri sadəcə baş məşqçi seçmir. Rəhbərlik, skautlar və biz birlikdə qərar veririk. Kiminlə müqavilə imzalanıbsa, mənim də fikrim soruşulub. Hamımız birlikdə qərar veririk.
- Üç real qol vəziyyətindən futbolçularınız yararlana bilmədi. Bu, bəxtsizlikdir, yoxsa ustalıq səviyyəsinin aşağı olması?
- Bunu sadəcə bəxtsizliyə bağlamaq düzgün olmaz. Çünki, bura peşəkar klubdur və altıncı turdur ki, qol vura bilmirik. Bunun kompleks səbəbləri var. Bəzən rəqib qapıçı və müdafiəçilər yaxşı oynayır. Peşəkar futbolda bunu bəxtsizliklə əlaqələndirmək düzgün deyil.
- İndiyə kimi çalışdığınız klublarda belə vəziyyətlə üzləşmisiz?
- Belə vəziyyətlə ilk dəfədir ki, rastlaşıram. Çalışacağıq ki, vəziyyətdən çıxaq.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi