Qol.Az-ın məlumatına görə, "Bakı" - "Turan" oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib.
Georgi Haciyevski («Bakı»):
- Komandamın oyunundan məmnun qaldım, nəticə məni tam qane etdi. Hazırda turnir cədvəlində ön pillələrində olmağımız bizi daha da həvəsləndirir. «Muğan»la oyunda la qalib gəlməyə çalışacağıq.
Mövsümü qış çempionu kimi bitirmək istəyirik. «Turan» çox köklü komandadır. Oyunçuların əksəriyyəti gənclərdir.
- Ramazan Abbasovla Romal Hüseynov vaxtilə yığmada oynayıblar. Amma siz onlara oynamaq şans vermirsiniz.
- Vadim Borets də 50 dəfə yığmada çıxış edib, amma bu güno da oynamadı. Futbolçu həmişə hazırlıqlı olmalıdır. Mən yenə də istərdim ki, Ramazanla Romal millidə çıxış etsinlər.
- Bəxtiyar Sultanov bu gün iki qol vurdu, gələcəkdə onu start heyətində görə biləcəyik?
- Mən ona əvvəlki oyunlarda da şans vermişəm, amma özünu doğrultmamışdı. Bir oyunla hər şeyi həll olunmur. Gələcəkdə oyunlarda özünü yaxşı göstərsə, əsas heyətdə oynaya bilər. Potensialı var.
- Etimad Qurbanov («Turan»):
- «Bakı» komandasını təbrik edirəm. Bizim komandada gənclərdən ibəratədir. Bu gün 16-17 yaşlı oyunçulara üstünlük vermişdik. Əsas oyunçularımızın bir neçəsi oynamadığı üçün çox zəif çıxış etdik.
“Real”a keçə bilər
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi