"Uduzsaq da, maraqlı alındı. Komandamızın oyunundan razı qaldım. Meydanda azlıqda qalsaq da, bərabərlik qolunu vurmaq üçün şanslarımız var idi. Hər oyunda qol şanslarımız yaranır. Uduzmaq yox, qalib gəlmək istəyirdik. Qırmızı vərəqədən sonra komanda oyundan düşmədi, daha da aqressiv oynadı. Uduzsaq da, göstərdiyimiz oyundan razı qaldım".
Qol.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 6-cı turunun "Səbail" - "Zirə" matçından sonra ev sahiblərinin baş məşqçisi Mahmud Qurbanov deyib. Mətbuat konfransında iştirak edən Qurbanov 1:2 uduzduqları görüşü şərh edib. O, kapitan Rahid Əmirquliyevin oynamamasını belə izah edib:
"Optimal heyətimiz yoxdur. Çünki stabil çıxış etmirik. Bir oyun yaxşı oynayırıq, o biri oyun pis. Bizdə əsas heyət anlayışı yoxdur. Çalışırıq ki, bütün futbolçuların xidmətindən istifadə edək, hamının köməyi dəysin. Rahidi meydana buraxmağı düşünürdük. Amma Tural Bayramlının qırmızı vərəqə alması Rahidin meydana çıxmasına mane oldu. O, bizim kapitanımız və təcrübəli futbolçumuzdur. Qarşıdakı turlarda onu meydanda görəcəksiz.
- "Sabah"la matçda qol buraxmayan komanda bu gün iki qol buraxdı. Hansı səhvlər oldu?
- "Sabah"la matçda müdafiəmizin konsentrasiyası daha yaxşı idi. Bu oyunda konsentrasiyanı itirdik və qollar buraxdıq. Əfsuslar olsun ki, asan qollar buraxırıq. Diqqətsizlikdən qapımızda qollar gördük. Görünür ki, ötən tur müdafiədə konsentrasiya daha yaxşı idi.
- Meydana sonradan daxil olan Tural Bayramlının qırmızı vərəqə ilə cəzalandırılması barədə fikriniz necədi?
- Bizim üçün də bir az çətindir. Çünki onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, bizə kömək etsin, amma çox aqressiv olmasına görə meydandan qovuldu. Onunla söhbətimiz olacaq. İstəmirik ki, belə olsun. 90 dəqiqə 11 nəfərlə oynamaq fikrindəyik.
- "Qarabağ"a qarşı açıq futbol oynadınız uduzduz, "Sabah"a qarşı müdafiə olunub bir xal əldə etdiniz. Bəlkə liderlərə qarşı müdafiə futbolu oynayasınız?
- Xal ehtiyatını artırmaq üçün müdafiədə oturmağın da yeri yoxdur. Düzdür, "Sabah"a qarşı daha çox müdafiədə oynadıq. Bu oyunda da qalib gəlmək istəyirik. Uşaqlardan da tələbimiz odur ki, açıq futbol oynayaq, müdafiədə oturmayaq. Müdafiə oyunu ilə xal qazanmaq daha asandır, daha yaxşıdır. Amma belə oynamaq istəmirik. "Sabah"la oyunu çıxmaq şərtilə digər rəqiblərə qarşı açıq futbol oynamağa çalışmışıq. Hücum futbolu oynayanda qol epizodlarımız da olur, əfsuslar olsun ki, istifadə edə bilmirik.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi