"Üç xala görə futbolçularımı təbrik edirəm. Yenə də iki fərqli hissə gördük. İlk yarıda komandam yaşlı insanların oynadığı kimi futbol göstərdi. İkinci hissədə isə oynamalı olduğumuz kimi oynadıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı səfər qələbəsini belə şərh edib: "Analiz edəcəyik, bu barədə futbolçularla danışacağıq. İlk hissədə çoxlu səhvlər etdik. Bizim kimi komandada, bu səviyyədə belə səhvlər olmalı deyil. Top saxlayırdıq, təhlükəli epizodlar yaradırdıq. Amma bu gün son nöqtələri qoymaqda zəif olduq. Biz düzgün qərarlar verə bilmirdik. Özümüz özümüzü çətinliyə salırdıq. Ona görə də iki fərqli hissə oldu. Bu cür oyunlar xoşuma gəlmir. Əgər ikinci hissədə qol epizodları varsa, üçüncü və dördüncü qolu da vurmaq lazımdır. Çünki futbolda son 2-3 dəqiqədə çox şey baş verə bilir. Amma bu gün üç xal qazandıq. Hər epizodu analiz edəcəyik. Növbəti oyuna konsentrasiya olacağıq".
- Nəyin sayəsində oyunu dəyişə bildiniz?
- Fasilədə oyunçularla çox danışmadım. Sadəcə olaraq, həmin anda düzgün qərar verməliydim. İki oyunçu dəyişdim. Rəqib sağ cinahımızdan çox hücumlar edirdi. Oyuna İsmayıl Zülfüqarlını buraxdım ki, hücumda bizə kömək etsin. Vurduğumuz birinci qolda da yaxşı assist etdi. Ata Caber də son nöqtəni yaxşı qoydu. Oyunçularıma fasilədə dedim ki, çox epizodlar yarada bilərdik, amma hərəkət etmək lazımdı. Futbolçular hərəkət etmirdi. Hamısı ayağa istəyirdi topu. Dediyim kimi, ilk yarıda qocalar kimi futbol oynayırdıq. Onlara tapşırıq verdim ki, qapıya tərəf hərəkət etsinlər, topla çox oynasınlar.
- Ömər Buludov sanki "Neftçi"nin səviyyəsində deyil. Komandaya nə vaxt səviyyəli sağ cinah müdafiəçisi gələcək?
- Üzrlü sayın, amma mən bu cür görmədim. Ömərin son oyununa baxsaq, çox yaxşı idi. Bu gün ilk hissədə 1-2 səhvlər etdi. Bilirik ki, onun hücumdakı effekti İsmayıldakı kimi deyil. Amma bəzən müdafiə cəhətdən də bizə kömək etməlidir. İki yerli, sağ cinah müdafiəçisi, gələcəyi olan futbolçumuz var. Gəncdirlər, hələ öyrənməlidirlər. Qarşıdakı periodda bizə köməkləri dəyəcək. Öməri qol buraxdığımıza görə dəyişmədim. Sadəcə olaraq, İsmayılı ona görə meydana buraxdım ki, bizə hücumda daha çox köməyi dəysin. Sol və sağ cinah arasında balansa baxsaq, sol cinahdan heç nə yarada bilmədik. Azər Əliyev səviyyəsini qoruyub-saxlamalıdır. Eyni ambissiya ilə oynamalıdır. O, bizim üçün yaxşı futbolçudur, köməyi dəyə bilər. Ancaq hər zaman səviyyəsini qorumalıdır.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi