Renat Dadaşov İsveçrədə ayın futbolçusu seçildi

Renat Dadaşov İsveçrədə ayın futbolçusu seçildi
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2022 / 17:48 3787
-  A +

"Qrasshopper"də çıxış edən millimizin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Millimizin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Vulverhempton"dan "Qrasshopper"ə keçib.


Son xəbərlər