"Qarabağ"ın potensial rəqibləri azaldı - Çempionlar Liqası

"Qarabağ"ın potensial rəqibləri azaldı - Çempionlar Liqası
ÖLKƏ FUTBOLU 15 İyul 2022 / 22:32 12744
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2-ci mərhələdə İsveçrə "Sürix"ini üstələsə, səpələnmişlər səbətində yer alacaq və "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya), "Ferentsvaroş" (Macarıstan) /"Slovan" (Bratislava, Slovakiya) cütlərinin qalibi, yaxud da Kiprin "Apollon" (Limassol) klubuna rəqib olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner