Milli komandamızın sabiq üzvü Yunis Hüseynov Qol.az-a müsahibəsində yığmamızın Millətlər Liqasında keçirdiyi iki görüş haqda sualları cavablandırıb.
- Milli komandamız Millətlər Liqasında Qazaxıstana məğlubiyyətdən (0:2) sonra ötən gecə Belarusla qolsuz heç-heçə etdi. Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Bizim millimiz həmişə ilk oyunda uduzanda növbəti matça daha məsuliyyətli çıxır. Sanki ayılırlar. Mətbuat da onları tənqid edir. İstər-istəməz özlərini toparlayırlar. Dünənki oyunda Belarusu udmaq mümkün idi. Komandamız pis təsir bağışlamadı.
- Bəs, qələbə üçün nə çatmadı?
- Bizdə qol vurmaq çatmır. Şanslarımız olur, amma istifadə edə bilmirik. Tələskənlik oldu. Rəqibin də yaxşı imkanları var idi. Qapıçımız özünü göstərdi.
- Sizə elə gəlmir ki, bu cür rəqiblərə qarşı həddindən artıq müdafiəyəmeyilli oynadığımız üçün nəticələr belə alındı?
- Biz bütün oyunları müdafiədən oynayırıq. Ancaq dünənki görüşdə belə olmalı deyildi. Əksinə, həmişə hücumda olmalı idik. Rəqib də buna imkan verirdi. Çünki Belarus millisinin elə bir üstünlüyü yox idi ki, biz müdafiə olunaq, əks-hücumları gözləyək. Nəinki dünənki oyunda, mən həmişə hücum futbolunu sevmişəm. Amma hər məşqçinin öz taktikası var. Baş məşqçimiz De Byazi italyandır. İtaliya futbolunda da müdafiəyə üstünlük verirlər.
- Müdafiədən qurulan sistemin artıq iki ildir effekt vermədiyini görürük.
- Düzdür, qol vurmaq da lazımdır. Təkcə müdafiə olunmaqla deyil. Dünən hücumda oynamalı idik. Renat Dadaşov hücumda pis təsir bağışlamırdı. Niyə əvəzləndiyini bilmirəm. Qazaxıstanla oyunda da yaxşı çıxış etmişdi. Müdafiəni həmişə gərginlikdə saxlayırdı. Amma əfsuslar olsun ki, hər iki oyunda əvəzləndi.
- Millimizdə hücumda effektli oyunu ilə seçilən Namik Ələskərov və Abbas Hüseynov kimi futbolçular olsa da, ehtiyatda qalırlar. Baş məşqçinin bu seçimi haqda nə düşünürsünüz?
- Bəli, qeyd etdiyiniz futbolçular ikisi də sürətli, hücumameyilli oyunçulardır. De Byazinin futbola baxışı fərqlidir. Ona görə də bu barədə nəsə deyə bilmərəm. Desəm ki, bunu belə etməməliydi, düzgün olmaz, həmkarımın işinə qarışmış olaram. Amma onu deyim ki, hər iki oyunda hücum futbolu oynamalı idik. Bu komandalarla hücumda oynasaydıq, onlar bizim qapımız qarşısında heç bir qol epizodu yarada bilməyəcəkdi. Hücumda olan komanda rəqibi səhv etməyə məcbur edir. Necə ki, Qazaxıstanla oyunun ilk 20 dəqiqəsində bunu etdik. Müdafiə olunan futbolçu hücumda o qədər effekt verə bilmir. Düzdür, hücuma çıxa bilər, amma fayda verməyi çətin olur. Mənə elə gəlir ki, oyun sistemi dəyişsə, yaxşı olardı. Hücum futbolu oynasaydıq, Qazaxıstana da qalib gələrdik, Belarusa da.
- Millimizin baş məşqçisi hesabdan asılı olmayaraq hər oyundan sonra komandadan razı qaldığını, inkişafın olduğunu deyir. Siz millidə inkişaf görürsünüz?
- Yox, inkişaf hesabda olur. Qollar vurursan, qələbə qazanırsansa, onda inkişafdan danışmaq olar. Hələ biz qalib gəlməmişik, heç nə etməmişik. Sabah qarşımıza güclü bir komanda çıxsa, onda necə olacaq? Hələ ki, eyni səviyyədə olan iki komanda ilə oynamışıq və qalib gələ bilməmişik. Düzdür, hər oyunda top saxlamağı bacarırıq. Yəni rəqibin kimliyindən asılı olmayaraq belədir. Amma elə yerimizdə saya-saya gedirik. Desək ki, əla oynadıq, özümüzü aldadarıq. Bizim futbolçuların topla davranışları yaxşıdır. Qola imkanlarımız da olur.
- Deməli, sırf məşqçi işi çatmır.
- Biz elə səhvlər edirik ki, rəqib komandalar onlardan mükəmməl istifadə edir. Biz isə rəqibin səvlərindən istifadə edə bilmirik. Ona görə də deyə bilərik ki, millimizdə inkişaf yoxdur. Hansı inkişafdan söhbət gedir ki? İki oyunumuz olub. Hər ikisi udulası rəqib idi. Amma iki oyuna bir xal topladıq.
- De Byazi hələ əvvəldən demişdi ki, 2-ci yer üçün oynaya bilərik. Bu iki görüşdən sonra nəyə ümid etmək olar?
- Şanslar var. İkinci yerə də oynaya bilərik. Qazaxıstan Slovakiyaya qalib gəlirsə, biz niyə bunu etməyək? İndi bilmirik, Slovakiya millisində vəziyyət necədir, Qazaxıstan onları niyə uddu. Hər halda millimizin məşqçiləri onları analiz edəcək. Hər bir rəqibi evdə uda bilərik. İkinci yer uğrunda mübarizə aparmaq olar. Amma ikinci yer bizə nə verir? Heç nə. Məqsədə çatmaq üçün gərək qrupda lider olasan. Liderliyi fikirləşmək lazımdır.
Ramiq Ağaməmmədov
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi