Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü həmsöhbətimiz Yunan-Roma güləşi üzrə dünya çempionu, üç qat Avropa çempionu, Tokio-2020 Yay Olimpoya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynovdur. Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilən qitə birinciliyində qızıl medal qazanan idmançımız Qol.az saytına geniş müsahibə verib.
- Rafiq Hüseynov güləşçi olmağa necə qərar verib? İlk addımlarınızı harda atdınız?
- Atam Radik Hüseynov da güləşçi və məşqçi olub. Buna görə də məndə güləşə maraq yaranıb. Mən elə onun yanında məşqlərə başlamışam.
- Uzun illərdir ki, bu sahədəsiniz. Sizcə, idmançı olmağın çətin tərəfləri hansılardır?
- İdmançı çox şeydən məhrum olur. Yaxınlarla, ailənlə çox ünsiyyət qura bilmirsən. Dost-tanışlardan uzaq olursan. Həm də istədiyin kimi yeyə, yata, dura bilmirsən. Daim rejimdə olmalısan. Şənliklərdə daim iştirak edə bilmirsən. Vaxtında yatmalısan.
- Rafiq, Azərbaycan millisinin üzvü olmağı, bu qədər titullara sahib olmağınızı necə ifadə edərsiniz?
- Əlbəttə ki, bu nəticələrə nail olmaq sevindiricidir. Mən çox şadam. Hamıya bu hissləri yaşamağı, hətta məndən də daha yaxşı nəticələr əldə etməyi arzulayıram. Fikirləşirəm ki, mənim rekordumu yeniləyən idmançılarımız yetişəcək.

- Millidə, rəsmi şəkildə keçirdiyiniz ilk görüşləri xatırlayaq. Sizin üçün ümumiyyətlə, ən unudulmaz görüş hansı olub?
- İlk dəfə 2002-ci ildə Rusiyanın Rostov şəhərində yeniyetmələr arasında Avropa çempionatına qatılmışam. Orada birinci görüşüm rumıniyalı idmançıya qarşı olub. Ən yadda qalanı, daha çox sevindiyim isə ötən il Tokio-2020-də bürünc medal qazandığım görüşdür. Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlmişdim. Həmçinin dünya kubokunda da yaddaqalan görüşlər keçirmişəm.
- Bəs, hansı yarışınız daha çətin keçib?
- Bilirsiniz ki, Olimpiya Oyunlarındakı mübarizə digər yarışlardan fərqlənir. Buna görə də Tokio-2020 mənim üçün çox ağır idi. Əlbəttə, Olimpiya Oyunlarındakı 4 görüşün hər biri mənim üçün finala bərabər idi. Bu baxımdan fikirləşirəm ki, ən çətin görüşlərim Olimpiya Oyunlarında olub.
- Karyeranızda heç haqsızlıqla üzləşmisiniz?
- Əlbəttə. Peşəkar idmanda həmişə haqsızlıqlar olur. Mənim də başıma gəlib. Bunların beynəlxalq arenada olduğunu deyə bilmərəm. Çünki daim Azərbaycan daxilindəki yarışlarda, seçmə mərhələlərdə mənə qarşı haqsızlıq edilib. Amma mən özümü sübut etməyi bacarmışam.
- Hansı görüş sizin üçün böyük məyusluqla yadda qalıb? Yəni hansının fərqli nəticələnməyini istərdiniz?
- Ən acınacaqlı görüşüm Tokio-2020-də 1/4 finalda qırğızıstanlı Akjol Mahmudova qarşı olub. Çünki mən bu yarışa hazırlaşarkən əlimdən gələni etmişdim. Olimpiya Oyunlarına çempionluq üçün getmişdim. Təəssüflər olsun ki, buraxdığım səhvə görə uduzdum, qızıl medalı əldən verdim. Bu, mənim ən çox məyus olduğum görüş idi.

- Rafiq Hüseynov işinin peşəkarı, dünyaca məşhur güləşçidir. Bəs, başqa nəyi yaxşı bacarırsınız?
- Mənim yaxınlarım, dostlarım yaxşı bilirlər ki, çox yüksək səviyyədə yemək bişirirəm. Milli yeməklərimizi və Avropa mətbəxinin bəzi yeməklərini həqiqətən də gözəl hazırlayıram. Yəni, işimdən əlavə həm də peşəkar səviyyədə yemək bişirirəm.
- Hazırda Azərbaycan güləşinin durumunu necə qiymətləndirirsiniz. Bilirik, son Avropa çempionatında komandalarımız çempion oldu. Bəs, siz necə düşünürsünüz, güləşimizi daha necə irəli aparmaq olar?
- Azərbaycan güləşinin durumunu yüksək qiymətləndirirəm. Qazanılan nəticələr də bunun sübutudur. Düşünürəm ki, hazırda dəyişikliklərə ehtiyac yoxdur. Azərbaycan Güləş Federasiyasında kifayət qədər dəyişikliklər olub və hələlik bundan artığı lazım deyil. Məncə, daha da irəli getmək üçün maliyyəyə diqqət ayrılmalıdır. Yəni, idmançıların maaşına və mükafatlarına xüsusi diqqət göstərilməlidir. Çünki bir idmançının ən böyük motivasiyası maliyyədir.
- İdman sferasından yaxın dostlarınız kimlərdir? Kimi həqiqətən də ölkə idmanı üçün uğurlu hesab edirsiniz?
- Ən yaxın dostlarımdan biri cüdoçu Rüstəm Orucovdur. Məncə, o, ölkə idmanı üçün nadir tapıntıdır. Çünki Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçısıdır. Həm də Rüstəm cüdoda ən çətin çəkilərdən birində mübarizə aparır. Eyni zamanda güləşçi Hacı Əliyev və karateçi Rafael Ağayevlə dostluq edirəm. Onların hər biri öz idman növünün əfsanələridir.
- Dünyada, Avropada özünüzə əsas rəqib olaraq kimi görürsünüz?
- Avropadan kiminsə adını çəkməzdim. Çünki çəkim üzrə qitədə ən güclü güləşçi mən sayılıram. Amma birinci yerdə olmağıma baxmayaraq, dünyada özümə ən güclü rəqiblərdən biri kimi rusiyalı Roman Vlasovu və İran təmsilçisi Poştan Peyman Soltanmuradı görürəm.
- Bəs, güləşdən başqa hansı idman növü ilə maraqlanır, izləyirsiniz?
- Cüdo ilə maraqlanıram. Bəzən də futbola baxıram. Amma bu, tez-tez olmur. Güləşdən başqa ən sevdiyim idman növü cüdodur.
- Həyatınızda heç idmançı olmağın üstünlüklərini yaşamısınız?
- Şəxsi həyatımda çalışıram ki, idmançı olduğumu bildirməyim. Əlbəttə ki, idmançı olmağın üstünlükləri böyükdür. Bunun mənə həyatda çox xeyiri olub. Həm maddi durumuma, həm də tanınmağıma görə. Eyni zamanda dövlət məni işimlə mükafatlandırıb. Bilirsiniz ki, hərbçiyəm. Bu, mənim üçün ən böyük üstünlüklərdən biridir.
- Rafiq, son olaraq planlarınızdan danışaq. Qarşınıza qoyduğunuz məqsədlər hansılardır?
- Hazırda heç bir şey haqqında fikirləşmirəm. İstirahət etməklə məşğulam. Amma qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Eyni zamanda dünya çempionatında, daha sonra da ilin sonunda dünya kubokunda yarışacağıq. Bu turnirlər bizim üçün çox vacibdir. Allah nəsib edərsə və zədəm olmasa, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları haqqında fikirləşəcəyəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib
Alan Şirer qəza keçirdi
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
Almaniya millisində debüt etdi
Almaniya, Niderland və İspaniyadan qələbə
Azərbaycan millisinin vurduğu 6 qol- Video
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu