"Maraqlı oyunun şahidi olduq. İlk hissə sönük keçdi, lakin ikinci hissə daha sürətli futbolun şahidi olduq. Belə rəqibə qarşı istədiklərini həyata keçirmək çətindir. İki komandada oyuna ehtiyatlı başladı. Ani diqqətsizlikdən qol buraxdıq. Beləcə rəqibə üstünlük verdik. Qoldan sonra oyunu dəyişmək çətin oldu. İkinci hissəyə qolla başladıq, pis getmirdi. Belə səhvlərdən sonra bu rəqibə qarşı qələbə qazanmaq çətindir".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Rəqibdə belə usta oyunçular varsa, qol buraxandan sonra hesabı dəyişmək çətin olur. Komandam xarakter göstərdi. Təhlükəli hücumlarımız oldu. Rəqib də yaxşı müdafiə olundu. Ümumi götürsək, komandamın çıxışından razıyam. Yaxşı oyunlardan birini keçirdik. Belə rəqiblərlə oyunda qələbə istəyirsənsə, hücumda və müdafiədə inamlı olmalısan" - deyə o bildirib.
O, Premyer Liqamızıda bu mövsümün ən yaxşı bombardiri Davit Volkov uzun müddətdir qol vura bilməməsi ilə bağlı deyib: "Ürəksiz oynamır. O, çox yaxşı insandır. Həssasdır. Onunla dəfələrlə danışmışıq. Hiss olunur ki, təkliflərin olması ona psixoloji təsir edib. Bu gün rəqibin bizdən yeganə üstünlüyü əlinə düşən fürsətlərdən istifadə etməsi idi".
R.Sadıqov "Sabah"la xal fərqinin azalmasına görə komandada təzyiq yaranıb-yaranmadığı ilə bağlı suala cavab olaraq deyib: "Bunu bilirdik. Sabah"ın digər rəqiblərlə nisbətdə üstünlüyü var. İddiaçılardan olmaq istəyiriksə, sıx qrafikə, təzyiqə öyrəşməliyik. Qəti şəkildə həyəcanlanmamalıyıq. Qış fasiləsindən sonrakı çıxışımıza baxsaq, uğurlu gedirik. Çətin qrafikə düşmüşük. Bu oyunlarda xal itkiləri qaçılmaz idi. Daha çox xal qazana bilərdik. Hər şey sən ehtimal edən kimi olmur. Yolumuza davam edib, önümüzə baxmalıyıq. Qarşıda "Səbail"lə finala bərabər oyun olacaq".
Baş məşqçi hakimlik haqqında danışmaq istəmədiyini söyləyib: "Keşmişdə olanlar heç nəyi dəyişməyəcək. Danışsaq, boş yerə əhvalımızı korlayacağıq. Önümüzə baxmalıyıq. Neqativ şeyləri kənara qoymalı və özümüzü düşünməliyik".
R.Sadıqov Təmkin Xəlilzadənin ilk hissədəki epizodunda "qaydalar Rəşada gələndə dəyişir" deməsi ilə bağlı vurğulayıb: "Əvvəlcə Təmkin itələdi, hakim cərimə verdi. Sonra bizim oyunçumuza eyni müdaxilə oldu, lakin hakim oyunu dayandırmadı. Buna görə demişdim. Bəzən elə epizodlar olur ki, özündən çıxırsan. Danışmağın mənası yoxdur, nəsə dəyişmir. Bəzən səhvlər də çoxalır, daha qəti şəkildə olur. Artıq diqqətimi yayındırmaq istəmirəm.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib