Millimizin iki sabiq oyunçusu karyerasını başa vurdu - Şəkillər

Millimizin iki sabiq oyunçusu karyerasını başa vurdu - Şəkillər
ÖLKƏ FUTBOLU 9 Aprel 2022 / 14:23 2899
-  A +

Azərbaycan millisinin sabiq iki futbolçusu - Rail Məlikov (36 yaş) və Ruslan Əmircanov (37 yaş) futbolçu karyeralarını başa vurublar.

Qol.az-ın xəbərinə görə, “Şamaxı”nın (keçmiş “Keşlə”) oyunçuları komandalarının Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə Şamaxıda keçirilən oyunundan əvvəl futbolla vidalaşıblar.

“Şamaxı” klubunun rəhbəri Zaur Axundov matçdan əvvəl hər iki oyunçuya xatirə formaları hədiyyə edib.

Xatırladaq ki,  R.Məlikov və R.Əmircanov bir müddətdir məşqçilikdə B kateqoriyası üzrə kurslarda oxuyurlar.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər