"Daha da yaxşı ola bilərik" - Murad Musayev

"Daha da yaxşı ola bilərik" - Murad Musayev
PREMYER LİQA 2 Aprel 2022 / 20:42 3264
-  A +

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, o, topa yaxşı nəzarət etdiklərini deyib: 

"İlk hissənin ortalarında iki qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi. Pressinqimiz yaxşı alınırdı. Amma keçidlərdə keyfiyyəti daha da artırmalıyıq. Xoş haldır ki, rəqib qapımız qarşısında çox da təhlükəli vəziyyətlər yarada bilmədi. Amma daha da yaxşı ola bilərik. Məşq proseslərində bunun üzərində daha çox işləməyə çalışacağıq".

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner