Medianın İnkişafı Agentliyinin layihəsi
Bu dəfə həmsöhbətimiz “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri, peşəkar boks üzrə ilk və hələlik sonuncu azərbaycanlı dünya və Avropa çempionu Fariz Məmmədovdur. Fariz Məmmədov Qol.az saytının “Qəbələ”də görülən işlər və Azərbaycan boksunun hazırkı durumu barədə suallarını cavablandırıb:
- Uzun illərdir ki, “Qəbələ”nin boks bölməsinin rəhbərisiniz. Burada nə vaxtdan fəaliyyət göstərirsiniz?
- 2013-cü ildən “Qəbələ” İdman Klubunu həm idmançı kimi təmsil etmişəm, həm də boks bölməsinin rəhbəri kimi işləyirəm. İdmançı kimi Azərbaycanın ilk peşəkar boksçusu olmuşam. Eləcə də Azərbaycanın peşəkar boks üzrə yeganə dünya çempionuyam. Həm Avropa, həm də dünya çempionu olmuşam. 2016-cı ildə isə karyeramı bitirmişəm.
- “Qəbələ”nin boks bölməsinin rəhbəri kimi fəaliyyət göstərdiyiniz vaxtdan etibarən burada hansı işlər görülüb?
- “Qəbələ”nin boks bölməsi ölkəmizin 5 regionunda boksun inkişafı üçün işlər həyata keçirir. Bu məsələdə Azərbaycan Boks Federasiyası da bizimlə birgə fəaliyyət göstərib. Daha əvvəl biz mövzu ilə əlaqədar federasiyaya müraciət etmişik. Onlar da bunu müsbət qarşılayıblar. “Qəbələ” Bakı və Gəncədən mütəxəssisləri də kluba cəlb edib. Biz onları regionlarımızda ev və idman zalı ilə təmin etmişik. Nəticədə yüzlərlə gəncimiz boksla məşğul olub. Boks bölməmiz daim yığma komandamıza idmançılar verib. Dəfələrlə Azərbaycan birincisi olmuşuq. Boksçularımız Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında medallar qazanıblar.
- Bəs, “Qəbələ”nin boks bölməsinin hansı idmançısı yüksək uğurlara görə fərqlənib?
- Kamran Şahsuvarlının adını çəkə bilərəm. O, 2016-cı ildə Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. Lorenzo Sotomayor 2015-ci ildə Birinci Avropa Oyunlarının çempionu olub. Həmçinin o, 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb. 2017-ci ildə Kamran Avropa çempionatının finalçısı olub. O, həmin il dünya çempionatının bürünc mükafatını əldə edib. Həmin il İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasından 5 nəfər finala çıxıb. Onlardan məhz 4-ü “Qəbələ”nin boksçuları idi. 60 kq çəki dərəcəsində Cavid Çələbiyev çempion oldu. 69 kq-da Tamerlan Abdullayev gümüş medala yiyələnib. 75 kq çəki dərəcəsində Kamran gümüş medal qazanıb. 81 kq-da isə Rauf Rəhimov gümüş medal əldə edib. Yəni, İslam Həmrəyliy Oyunlarında Azərbaycan boks yığmasının yeganə qızıl medalını “Qəbələ”nin idmançısı Cavid Çələbiyev qazanıb. 2019-cu ildə isə Belarusiyanın paytaxtı Minskdə Azərbaycan yığmasının üzvü, “Qəbələ”nin boksçusu Alfonso Dominqes qızıl medal əldə etmişdi.
- Fariz bəy, bu gün Azərbaycanda yeniyetmə və gənclər arasında boksa maraq hansı səviyyədədir?
- Son illərdə koronavirus pandemiyasının dünyada yaratdığı vəziyyətdən danışmaq istəmirəm, bu, hamımıza məlumdur. Həm də ölkəmizdə Vətən müharibəsi oldu. Son illər boksun inkişafından ona görə narazıyam ki, 2000-ci illərdə biz həvəskar boksla məşğul olanda çempionatda 300-dən çox idmançı iştirak edirdi. Amma son Azərbaycan çempionatında cəmi 90 nəfər iştirakçı olub. Ona görə də hesab edirəm ki, bu gün boksun inkişafı yüksək səviyyədə deyil.

- Bir zamanlar özünüz də boksçu olmusunuz. Məşqşi kimi çalışmaq fikriniz varmı?
- Mən hazırda Azərbaycanın ilk peşəkar boksçusu və dünya çempionuyam. Dəfələrlə dünyada reytinq xarakterli yarışlarda mübarizə aparmışam. Çox ölkədə təlim-məşq toplanışlarında olmuşam. Mənim əlaqələrim və imkanlarım genişdir. Çünki ömrümün 36 ilini məhz idmana həsr etmişəm. Mən boksla yaşamışam. Amma heç bir zaman özümü məşqçi kimi hiss etməmişəm. Düşünürəm ki, gələcəkdə məşqçi olaraq işləyə bilərəm. Lakin hazırda özümü məşqi kimi görmürəm.
- “Qəbələ”nin boks bölməsinin beynəlxalq əlaqələri haqda nə deyə bilərsiniz?
- “Qəbələ”nin və şəxsən mənim vasitəçiliyim ilə ümumilikdə 6 dəfə beynəlxalq görüşümüz olub. Təlim-məşq toplanışları, yarışlar keçirmişik. Klublar arasında da dəfələrlə beynəlxalq görüşlərimiz olub. 2013-cü ildə Qəbələdə “Fənərbaxça” ilə bir araya gəlmişik. 2014-15-ci illərdə Ukraynada beynəlxalq görüşümüz olub. 2019-cu ildə Sankt-Peterburqun boks klubu bizi Antalyaya dəvət etmişdi. Biz də bu imkanlardan yararlanıb Azərbaycan yığmasının boksçularını təlim-məşq toplanışlarımıza cəlb etmişik. Çünki biz hamımız ölkəmizi təmsil edirik. 20 gün Antalyada Rusiya millisi ilə birgə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirdik. 2017-ci ildə Ukraynanın bir neçə şəhərində də təlim-məşq toplanışında və beynəlxalq görüşlərdə olmuşuq. Bu ölkənin yığma komandasının üzvləri ilə 2 həftəlik məşqlər keçmişik. Maksimum çalışmışıq ki, boksçularımız beynəlxalq reytinqdə ilk sıralarda olan idmançıların təcrübələrindən yararlansınlar. 2019-cu ildə Avropa Oyunlarından öncə 2 həftəlik Özbəkistana yolda düşmüşdük. Bu, məhz “Qəbələ” İdman Klubunun və mənim əlaqələrim vasitəsi ilə oldu. Azərbaycan yığmasının sonuncu təlim-məşq toplanışını Özbəkistanda keçirmişdik. Oraya getmək mənim öz fikrim idi. Çünki Özbəkistan millisi 2016-cı ildə Olimpiya Oyunlarında, həm də dünya çempionatında 1-ci olmuşdu. Daha sonra isə biz Avropa Oyunları üçün Minskə yola düşmüşdük. Bizim Avstriya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Rusiya, Almaniya və s. Kimi ölkələrin boksçuları ilə əlaqələrimiz var.
- Özünüz həm də Azərbaycan Boks Federasiyasında çalışırsınız. Bu günlərdə federasiyanın rəhbərliyində dəyişilik oldu. Bu dəyişiklikdən nə gözləyirsiniz?
- İnanıram ki, sağlam, düzgün, şəffaf, ədalətli iş birliyi olacaq. Hesab edirəm ki, bu halda Azərbaycan növbəti Yay Olimpiya Oyunlarında tarixində ilk dəfə qızıl medal qazanacaq. Növbəti Yay Olimpiya Oyunlarına hələ 3 il var. Düzdür, bu müddətdə nəticə vermək çətindir. Amma düşünürəm ki, sadaladıqlarım olsa, qızıl medal qazana bilərik.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu