“Oyunun müqəddəratı birinci hissədə, demək olar ki, həll olunmuşdu. Gənc futbolçumuz Ramin Nəsirli bu gün qol vurdu. Amma bir yaxşı oyun və bir qol heç də göstərici deyil. Bəzi oyunçular ilk görüşlərdə ümid verib, sonradan eniş yaşayıblar. Ramin məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Əsas heyətdə yer almağı haqq etmişdi. Bundan sonra daha yaxşı olacaqsa, yenə oynayacaq. Əks təqdirdə, Ramini də sonradan eniş yaşayan oyunçuların aqibəti gözləyə bilər. Ümumiyyətlə, Ramin istedadlı oyunçudur. Onun üzərində işləməli çox şey var. Bu gün də pis deyildi, ümumi komandanın fonunda batmamışdı".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, oyunun sonlarında boşluqlar verdiklərini bildirib: "Bəlkə də, qol buraxmağımıza bu səbəb oldu. Azər Əliyev bu gün hücumun sağ cinahında oynadı. Özünü orada daha rahat hiss edirdi, nəinki sol cinah. Bütün azadlığı onun və Yusuf Lavalın üzərinə buraxmışdım. Demişdim ki, sizin üçün hansı cinah rahatdı, dəyişə də bilərsiniz. Azər solda da oynaya bilir. Ondagözləntilərimiz var. Çünki keyfiyyətinə inanırıq. O, sıradan biri deyil, komandanın oyununu çiyinlərində daşıya biləcək oyunçulardandır".
S.Abasov komandanın getdikcə daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Gördüyümüz işə inanırıq. Bəzi məqamları oyunlar getdikcə səhvləri göstərə-göstərə düzəltməyə çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdırmaq, bu tempi qorumaq istəyirik.
Qapıda İvan Brkiçin yox, Kamran İbrahimovun dayanmasına gəlincə, bu gün yerli limiti doldurmalı idik. Bu üzdən Kamran qapıda dayanmalı idi. Aqil Məmmədovun zədələnməsindən sonra Kamrana da güvənirik, oyunlara buraxırıq. Belə hallar bundan sonrakı görüşlərdə də ola bilər. Onu da daim hazır vəziyyətdə saxlayırıq ki, ən azı 2-3 oyundan bir meydana buraxaq. Rəqibə, situasiyaya, həftə ərzində baş verəcək proseslərə görə qərar verəcəyik. U-19 komandamızın qapıçısı Rza Cəfərova da güvənirik. Ona da gələcəkdə etimad göstərə bilərik. 3-4 yaxşı qapıçımızın olması pis deyil”.
Abasov növbəti turdakı "Sabah"la matç haqqında da danışıb: “Meydandan kənarda yaşanan gərginliyin komandamıza hopmamasına çalışacağıq. Bundan uzaq olmağa çalışacağıq. Hesab neçə olur-olsun işimizə köklənəcəyik. Kubok oyununda baş verən hadisələrin üstündə durmaq istəmirik. Digər oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada köklənəcəyik”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib