"Oyun haqda danışılası çox şey yoxdur. Maraqlı matç keçdi. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin heyətində hər an oyunu üzərinə götürə bilən oyunçular var. Fasiləyə kimi oyunun heç-hecə davam edəcəyini gözləmirdim. Fasilədən sonra futbolçularımın diqqəti daha da artdı. Bəzi futbolçuların istəksiz olmağı, sona kimi mübarizə aparmamağı məni təəccübləndirdi. Bu, bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"yə 0:2 hesab ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Oyuna gəldikdə yalnız ikinci hissənin ilk 20 dəqiqəsi məni razı sala bilər. Təbii ki, itkilərimiz də var. Onsuz da heyətimiz geniş deyil. Hər hansı futbolçu olmayanda oyunumuza təsir edir. Şimkus, Rayselin olmamağı oyunumuzu bir qədər geri salır. "Qəbələ"də oynamaq çətindir. Komandalar nadir hallarda buradan xalla ayrıla bilir. Çalışacağıq ki, hər oyunda xal aktivimizi artıraq. Bu gün alınmadı. "Qəbələ"ni təbrik etmək lazımdır. Həqiqətən də layiqli qələbə qazandılar" - deyə o bildirib.
A.Hacıyevin sözlərinə görə, Premyer Liqanın növbəti mövsümündə 10 komandanın iştirak etməsinin və heç bir klubun elitanı tərk etməməsinin öncədən bilinməsi futbolçuların motivasiyasına təsir edir: “Ancaq futbolçuların istəksiz oynamasının sırf bu amillə əlaqədar olduğunu düşünmürəm. Müəyyən səbəblər var, araşdırıb, dəqiqləşdirəcəyik. İdman prinsipi baxımından mübarizə çempionatın əvvəlindən sonuna kimi qaydalar çərçivəsində olanda komandaların axıra qədər mübarizəni davam etdirməyə səbəbləri olur. Problemlər onsuz da çoxdur. Növbəti mövsüm 10 komandanın olacağının elan olunmasının gec olduğunu düşünürəm. Bu gün qərarlaşdığımız mövqe bizi qane etmir. Amma bilirik ki, bütün rəqiblərin heyəti bizdən daha güclüdür. Aşağı liqaya düşməsək belə, sonuncu pillədə qalmaq heç birimizi razı salmır".
O, mövsümün qalan hissəsində daha gənc futbolçulara şans verib-verməyəcəyi ilə bağlı deyib: "Əvəzedici heyətdən bir neçə oyunçu əsas komandaya cəlb etmişik. Bu gün də onlardan birini meydana buraxdıq. Onsuz da, bizdə yerlilər çoxluq təşkil edir. Ancaq sayı U-19 komandasından və əvəzedicilərdən götürdüyümüz futbolçularla artırırıq. Getdikcə onlara daha çox şans verməyə çalışacağıq”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib