AZƏRBAYCANDA QILINCOYNATMA İDMAN NÖVÜ DİRÇƏLMƏYƏ BAŞLAYIR
Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən həftə Azərbaycan qılıncoynatma idmanı üçün önəmli hadisələrlə yadda qaldı. Yanvarın 29-da millimizin üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. Ertəsi gün isə Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Kubokunda ikinci yeri tutdu. Yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub. Bu nəticələri Azərbaycan qılıncoynadanları üçün uğurlu hesab etmək olar.
Elə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov da bu fikirdədir. Qol.az saytına danışan K.Hakimov deyir ki, həqiqətən də bu, qılıncoynatmada son illərdə qazanılan ən böyük uğurlarımızdan biridir:
Son dəfə 20 il əvvəl...
“Təkcə bir məqamı qeyd etmək yerinə düşər ki, Annanın finalda qalib gəldiyi fransalı sablyaçı Manon Brunet hazırda dünya reytinqində 2-cidir. Komanda yarışında isə Rusiya, İtaliya, Macarıstan, İspaniya kimi güclü qılıncoynatma ənənələrinə malik komandaları qabaqlayaraq ümumi sıralamada ikinci olduq. Finalda isə fransızlarla görüşün gedişatında hətta 10 xallıq fərqlə irəli çıxdğımız anlar da oldu. Təəssüf ki, rəqib bizimlə müqayisədə daha təcrübəli və psixoloji cəhətdən daha hazırlıqlı idi. Nəyə görə psixoloji deyirəm? Çünki Fransa bu səviyyədə finallarda daha çox iştirak edib. Dünyanın ən güclülərindəndir. Son dəfə səhv etmirəmsə, Yelena Jemayevanın vaxtında 20 il əvvəl Dünya Kubokunda şəxsi və komanda yarışlarında böyük uğurlarımız olub”.

2017-ci ildən başlanan inkişaf
Bir müddət əvvəl Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyində dəyişiklik baş verdi. Dəyişiklik bizdə bu idman növünə müsbət olaraq nə verə bilər?
Kənan Hakimov deyir ki, 2017-cilin sentyabrına kimi qılıncoynatmada uzun müddət durğunluq yaşanırdı: “Həmin il sentyabrında Mikayıl Cabbarovun federasiya prezidenti təyin olunmasından sonra bu günə kimi bir çox işlər görüldü. Azərbaycan Texniki Universitetinin İdman Sarayında sablya və şpaqa zalları istifadəyə verildi. Federasiyanın ilk zalı müasir standarlara uyğun əsaslı şəkildə təmir edildi. Bu gün Sumqayıtda da qılıncoynatma zalımız fəaliyyət göstərir. Bir sözlə, geniş infrastruktur yaradıldı. Bugünkü uğurlarımızın təməli 2017-ci ildə qoyuldu. Bir misal çəkim. 2017-ci ilin dekabrında qılıncoynatma ilə məşğul olmağa başlayan sablyaçımız Zərifə Hüseynova 2021-ci ildə keçirilən yeniyetmələrin dünya birinciliyində bürünc medal qazandı. Maraqlıdır ki, Zərifə bu uğura imza atarkən mükafatçılardan 2 yaş balaca idi. Federasiyada baş verən son rəhbər dəyişikliyi ilə bağlı isə onu deyə bilərəm ki, ötən ilin noyabrında Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağından sonra təşkil olunan mətbuat konfransında Balakişi Qasımov bildirdi ki, bizim əsas hədəfimiz əvvəlki rəhbərliyin uğur yolunu davam etdirib göstərilən etimadı doğrultmaqdır”.
Bəs, hazırda Azərbaycanda qılıncoynatmanın durumu nə yerdədir?
Bu idman növünə maraq hansı səviyyədədir?
Kənan Hakimovun sözlərinə görə, maraq çox yüksəkdir: “Daim bizim sosial şəbəkə hesablarına uşaqlarını qılıncoynatma bölmələrinə yazdırmaqla bağlı müraciətlər olur. Yeri gəlmişkən, fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, fencing.az saytında hazırda fəaliyyət göstərən bütün bölmələrin ünvanı göstərilib. Əgər əvvəllər müxtəlif yaş kateqoriyalarında keçirilən yarışlarda iştirakçı sayı maksimum 30-40 nəfər olurdusa, indi bu rəqəm 100-dən çoxdur. Bir sözlə, kütləvilik baxımından bu sahədə xeyli irəliləyişə nail olunub”.

“İlqar Məmmədov məsləhətlərini əsirgəmir”
Kənan Hakimova növbəti sualımız hazırda Rusiya Qılıncoynama Federasiyasının prezidenti və Rusiya millisinin baş məşqçisi olan azərbaycanlı İlqar Məmmədovla bağlı oldu. İkiqat olimpiya çempionu ilə əlaqələr necə qurulub?
“Təbii ki, İlqar müəllim daim öz mənəvi dəstəyini və məsləhətlərini əsirgəmir. Federasiya olaraq onun təcrübəsindən yararlanırıq və fikirləri bizim üçün önəmlidir. Qılıncoynadanlarımız il ərzində mütəmadi olaraq Moskvada yerləşən İlqar Məmmədov adına qılıncoyatma mərkəzində təlim-məşq toplanışlarında hazırlıq keçirlər” – deyə federasiya rəsmisi bildirir.
Məlum olduğu kimi, bir çox idman növü üzrə xaricdə Azərbaycan əsilli idmançılar az deyil. Bəs, onların sırasında qılıncoynadanlar necə, varmı? Varsa Azərbaycana gətirilməsi üçün hansısa işlər görülürmü?
Xaricdəki azərbaycanlı qılıncoynadanlar geri qaytarılır
K.Hakimovun sözlərinə görə, 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində şpaqaçımız Ruslan Həsənov bürünc medal qazandı: “Ruslan Ukraynada doğulub boya başa çatsa da, məşqçilər tərəfindən aparılan seleksiya nəticəsində Azərbaycan millisinin şərəfini qorumağa başladı və bu gün də perspektiv vəd edən idmançılarımızdandır. Nəinki idmançılar, ölkə xaricində fəaliyyət göstərmiş bir çox məşqçilərimizi də geri qaytardıq. Tahir Hakimov Honkonq millisinin baş məşqçisi idi. Bu gün yeniyetmə və gənclərdən ibarət milli komandamıza rəhbərlik edir. Vadim Şturbabin hazırda sablya üzrə baş məşqçimizdir. Əvvəl Almaniyada məşqçi işləyirdi. Bir müddət Türkiyədə çalışan Azər Tağıyev, Vəkil Nəsibov və Hafiz Quliyev də hazırda ölkəmizdə fəaliyyət göstərir”.
Bəs, azərbaycanlı qılıncoynadanların yetişdirilməsi üçün hansı işlər həyata keçirilir?
K.Hakimov bildirir ki, bu gün qılıncoynadanların yetişdirilməsi üçün ideal şərait yaradılıb: “Zallar müasir standartlara cavab verir. Milli üzvləri invertar və idman geyimi ilə təmin olunur. Uşaq, yeniyetmə və gənc qılıncoynadanlarımız il ərzində müxtəlif ölkələrdə uzunmüddətli təlim-məşq toplanışlarında iştirak edir. Mütəmadi olara beynəlxalq turnirlərə qatılırlar”.
Son uğurlu çıxış Azərbaycan millisinin 2024-cü il Yay Olimpiya Oyunlarında iştiraka ümidi artırıb. K.Hakimovun sözlərinə görə, Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Anna Başta Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olaraq olimpiadaya lisenziya qazanmışdı: “Düşünürəm ki, sablya üzrə milli komandamız Avropa zonasından olimpiadaya vəsiqə uğrunda mübarizə apara bilər. Son Dünya Kubokunda ikinci olmaqla iddiamızı ortaya qoyduq. Ümid edirəm ki, Paris olimpiadasında qılıncoynatmanın sablya komanda yarışında təmsil olunmaqla daha bir tarixi ilkə imza atacaq”.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı