Adamiya Rusiya və Ukrayna klublarından təklif alıb

XƏBƏR 21 Noyabr 2008 / 19:18 4302
-  A +

“Neftçi” klubunun əsas heyətindən kənarlaşdırılan gürcüstanlı hücumçu Georgi Adamiyanın vətənində də işləri düz gətirmir. 27 yaşlı futbolçu apasport.az saytına açıqlamasında Tiflisdə viza problemini həll edə bilmədiyini bildirib. Rumıniyaya baxışa yollanmağa hazırlaşan Adamiyanın bu ölkənin Gürcüstandakı səfirliyinə müraciətinə hələ də müsbət cavab verilməyib: “Nədənsə viza vermirlər, get-gələ salıblar. Bir az da gözləyəcəyəm, görək axırı necə olacaq. Rumıniyaya viza almasam, gərək başqa ölkəyə baxışa yollanım. Bununla agentim məşğul olur”.
Adamiya karyerasını vətənində davam etdirmək fikrində deyil: “İndi vətənimdə çıxış etməyin marağında deyiləm. Gürcüstandan kənarda oynamaq daha yaxşıdır. Yenidən ölkənizdə çıxış etmək istərdim. Azərbaycandan kənarda da oynamaq variantları var. Bu mənada Ukraynanın yüksək liqasını qeyd edə bilərəm. Bunlar Kiyev “Dinamo”su və “Şaxtyor” olmasa da, hər halda, normal komandalardır”.
Rusiyada da çıxış etmək variantının olduğunu deyən hücumçu birinci divizionda oynamaq istəmir. Georginin sözlərinə görə, Rusiya Premyer Liqasında da çıxış edə bilər: “Sadəcə, indidən konkret açıqlama vermək istəmirəm. Çünki sonra baş tutmayanda adam pis vəziyyətdə qalır. Kifayət qədər vaxtım var. Yaxşı fikirləşib, seçim etmək istəyirəm”.
Qeyd edək ki, “Neftçi”nin alman baş məşqçisi Hans-Yurgen Gedenin əsas komandadan çıxardığı Adamiyanın klubla cari mövsümün sonuna qədər müqaviləsi var.
Mənbə:apasport.az

Daha çox


Son xəbərlər
27.12.24  11:29

Hər qolu bir rekorddur