Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Qol.az xəbər verir ki, məlumatı AFFA-nın saytı yayıb.
İclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.
Elxan Məmmədov çıxış edərək iclas iştirakçılarını salamlayıb, UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə “Qarabağ” klubunu bir daha təbrik edib, 1/16 final mərhələsi oyunlarında təmsilçimizə uğurlar arzulayb. İcraçı vitse-prezident klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdir. Çünki UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq. O bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublarımız üçün prioritet istiqamətlərdən biri olmalıdır. AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib.
O qeyd edib ki, bu səpkili layihə təklifləri arasında ən maraqlıları seçiləcək və icrası AFFA tərəfindən maliyyələşdiriləcək. Elxan Məmmədov 2022-ci ildə AFFA ilə Türkiyənin “Misli” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını, bu müqavilənin ümumilikdə Azərbaycan futbolu və təbii ki, klublarımız üçün maliyyə məsələləri baxımından faydalı olacağı barədə məlumat verib.
Klublar Komitəsinin iclası gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər