"Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur".
Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın 14-cü tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Qol epizoduna gəlirik, dəyərləndirə bilmirik. Günahlar axtarmağa gərək yoxdur. Günahkar özüməm. Futbolçulara bel bağladıq, güvəndik, o formada olmadılar. Belə duruma gəlib çıxmağın səbəblərindən biri budur. Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik".
Onun sözlərinə görə, futbolçu uğur qazanmaqdan doymamalıdır: "3-cü yer tutmaqla doyursa, gələcəkdə çətinlik çəkəcək. Yayda düzgün qərar qəbul etmişdik. Futbolçuların fikri başqa yerdə ola bilər, formada olmaya bilərlər. Bunlar qaçılmazdır. Bu gün "Keşlə"nin futbolçuları bizdən istəkli idi. Epizodlara girə bilməməyimiz futbolçulara bəlkə də təsir edir. Hər şey ola bilər".
Abbasov futbolçuların mövsümün ikinci yarısına hazır olmaları üçün təlim-məşq toplanışı və sparrinq-rəqiblərin önəmli olduğunu söyləyib: "Burada və ya xaricdə olsa, səmərəli toplanış keçirməliyik. Əcnəbi komandalarla görüşmək stimuldur. Bəzi fikirlərim var, rəhbərliklə danışacağam. Seçimimiz çox deyil. Çünki "Keşlə" legioner göndərib legioner ala bilir. Bizdə isə belə imkan yoxdur".
Baş məşqçi bütün komandaların çempionluğa oynamasının mümkünsüz olduğunu vurğulayıb: "Qonşu ölkələrin çempionatlarında da hamı eyni büdcədə deyil. Hər şey büdcə və puldan asılı olmur. Sanki komandalar da öz oyunçularını buraxmaq istəmir. Amma yenə də dayanmaq olmaz. Ümid edək ki, nə zamansa "Sumqayıt" iddialılar sırasında olar. İndi isə təslim olmaq düzgün çıxmaz".
Mütəxəssis "Sumqayıt"a baş məşqçi təyin olunduqdan sonra akademiya yetirmələrinə fikir verdiyini deyib: "Məşqlərə yeni futbolçular cəlb etmişik. Amma bu gün elə futbolçu yoxdur ki, biz onlara güvənək. Bir neçə oyunçunun üzə çıxacağına ümid edirik. Hələlik isə o yükü üzərinə götürə bilmirlər. "Keşlə"də ilk qolu vuran limit futbolçusu idi. Bu gün böyük narazılıq etmək səhv olar" (report.az).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı