“Çətin səfər oyununa gəlmişdik".
Bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” ilə keçirilən oyun barədə danışarkən deyib.
Qəbələ şəhər stadionunda keçirilən matçda komandalar qollu bərabərliklə kifayətlənib – 1:1.
Abasov matçdan sonra mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “İki yaxşı komanda üz-üzə gəldi. Biri yüksəlişdə, biri enişdə idi. Qələbə qazanmağı çox istəyirdik ki, qış tətilinə yaxşı əhval-ruhiyyədə gedək. Oyun çox xoşuma gəldi. Futbolçularımı təbrik elədim. Udmadığımız üçün üzülüblər. Bugünkü oyun bizim üçün bir stimul oldu".
Çalışdırıcı kapitan Emin Mahmudovun penaltini qaçırmasını belə dəyərləndirib: "Çox maraqlı hadisədir. Emin son vaxtlar məşqdən sonra penalti vuranda qapıçılarımız bunu bilirdilər, dəf edirdilər. Onunla zarafatlaşırdıq ki, zərbəni dəyiş, o da dəyişmişdi. Amma necə oldusa, bu dəfə də eyni qaydada vurdu. Doğrudan da, bu məsələ üstündə durmaq lazımdır".
Abasov mövsümün ilk yarısındakı performansdan narazılıq bildirib: "Qış fasiləsinə kimi etdiklərimizdən razı deyilik. Həm nəticədən, həm də qeyri-stabil oyundan narazıyam. Qorxuram deməyə ki, bunu normal qəbul edirəm. Yay fasiləsində komandaya gələn və gedənlər oldu. Ötən mövsüm Sabir Burqinlə Namik Ələskərov bir-birinə yaxşı uyğunlaşmışdılar. Tyaqo Bezerra ilə Namik Ələskərovu eyni tərəziyə qoymaq olmaz. Amma komanda yoldaşları ilə uyğunlaşma problemi yaşaması problemə yol açır. Tyaqonun bu gün qaçırdığı 3 epizodun hamısında Namik, bəlkə də, qolla tamamlayardı. Amma onun məşqlərdə etdikləri tam fərqlidir. Təəssüf ki, yaş da öz sözünü deyir".
Baş məşqçi qapıçı Kamran İbrahimovun çıxışından da məmnun qalmadığını etiraf edib: "Bu, bizim tanıdığımız Kamran deyil. Bu günü təcrübəsizliyinə verək. "Keşlə" ilə matçda buraxılan qolu da qeyd etməliyəm. Bizim işimiz şans vermək, onun arxasında durmaqdır. Əgər bu şansdan istifadə edəcəksə, qapıda duracaq. Elə oyunçu var ki, məşqdə kral kimi olur, oyunda təşvişə düşür. Kamrana bu gün elə də təzyiq olmadı. Ancaq təcrübəsizliyi və həyəcanı hiss olunurdu".
Abasov qış fasiləsində bir neçə yerli futbolçu almaq istədiklərini vurğulayıb: "Transfer məsələsində əsasən yerlilərin üzərində durmuşuq. Amma vəziyyətlə əlaqədar mümkünsüz kimi görünür. İstədiyimiz yerli futbolçular var ki, onlarla balansı düzəltmək istəyirik" (apasport.az).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı