“Söyləmək nə qədər ağır olsa da, nəhayət ki, qələbə qazandıq”.
Bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
43 yaşlı mütəxəssis mətbuat konfransında 3 matçlıq məğlubiyyət seriyasına son qoyduqları görüşü dəyərləndirib: “Eyni heyətlə ardıcıl matçlara çıxa bilmirik. Bu da itkilərlə əlaqədardır. Buna baxmayaraq, bütün futbolçulardan razıyam. Ümumiyyətlə, kiminsə üstünə günah atıb, öz yaxamızı kənara çəkmək fikrində deyiləm. Komanda daxilindəki situasiya bəhanə tapmaq istəmirəm. Gənc oyunçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Bunu mən də, məndən də yaxşı futbolçular edib. Kimlərisə sıxmaqdansa, bəlkə də, onları anlamaq lazımdır. İstəyirəm ki, məndən başqa heç kim futbolçularıma söz deməsin. Müsbət tərəf odur ki, futbolçu nəticə çıxarsın. Məşqçiyə təzyiq var, söyürlər. Hərdən əsəbləşirik, burda deyirik. Bəlkə budur günahımız”.
- “Səbail” üzərində qələbə sizin istefanızla bağlı söz-söhbətə son qoyacaqmı?
- Soruşun ki, məni nə qədər narahat edir. Heç vecimə də deyil. Göndərəcəklərsə, normal haldır. Bir ay sonra hansısa klubda baş məşqçi gedən kimi, adım həmin posta namizəd yazılacaq. Şayiələr çıxaranlar və buna uyanlar var.
- Postunuzda qalaraq, yenidən çempion olmaq və ötənilki çempionluğun təsadüfi olmadığnı sübut etmək istəyirsiniz?
- Bir oyunda təsadüfi qələbə ola bilər. Amma mövsümboyu çıxışdan sonra çempion olmaq təsadüfi deyil. Rəqiblərin zəif olması məni maraqlandırmır. Fakt budur ki, qalib gəldiyimiz matçlarda güclü olmuşuq.
- Azarkeşin komandadan küsməsi sizcə, düzdür?
- Bu barədə nəsə desəm, yenə yanlış anlaşıla bilər, hələ ki, sakitlikdir. Bu, ümumi Azərbaycan futbolunun problemidir. Hamımız yaxşı günün dostlarıyıq. Bunun azarkeşlərə aidiyyəti yoxdur. Qələbə qazanmalıyıq ki, azarkeşləri yenidən stadionlara qaytaraq.
- Harramiz Soareşə şans verməməyinizin səbəbi nədir?
- Harramiz sırf azərbaycanlı futbolçu ilə bağlı limitə görə oynaya bilmir. Buna bir çarə də tapmırıq (apasport.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib