"Çox sürətli və maraqlı oyun izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi".
Bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 8-cu tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, rəqibi nəzərə alanda belə bir nəticə qazanmaq asan deyil: "Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik. Qurban Qurbanovu təbrik edirəm. Ölkənin ən fəxr olunası mütəxəssisidir. İnanırıq ki, avrokuboklarda yeni tarix yazacaqlar".
Hacıyev hər iki hissədə yaxşı çıxış etdiklərini vurğulayıb: "Hesabın 3:1 olması əbəs deyil. Rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz "Sumqayıt"a qarşıdır. Bərpa vaxtımız az olsa da, hazırlaşmalıyıq".
Baş məşqçi rəqibin vurduğu qol epizodunda Kamran Ağayevin səhv edib-etməməsi ilə bağlı suala bu cür cavab verib: "Kamranın meydana qayıtması böyük hadisədir. Onun buraxdığı səhvlərə səbr etməyə çalışırıq. Çünki inamımız böyükdür. Təcrübəli qapıçıdır. Ondan çox şey gözləyirik. Gənclərə nümunə olmasını istəyirik. Klub üçün önəmli simadır. Buraxılan qola gəlincə, topu qapının üstündən atmaq istədi. Küləyin də təsiri oldu. Amma sevindirici haldır ki, bundan sonra sınmadı. Hər şey düşündüyümüz kimi alındı. Hesab 2:1 olanda həyəcan yaşadıq. Ümumi götürsək, Kamran bu gün ən yaxşı oyunlarından birini keçirdi".
Hacıyev Rahid Əmirquliyevin əvəzlənməsinin səbəbini də açıqlayıb: "Abdullah Zubirin meydana çıxmasından sonra rəqibin hücumlarının kəsəri artdı. Düşündük ki, cinahda daha gümrah futbolçuya ehtiyac var. Ona görə də dəyişiklik etdik".
O, Qurban Qurbanov üzərində qazandığı ilk qələbəyə də toxunub: "Qələbə hər zaman xoşdur. Heç vaxt özümü hansı baş məşqçini məğlub etmiş mütəxəssis kimi qələmə vermək istəmərəm. Xüsusilə də Qurban müəllimin üzərində. Onun qələbələri Azərbaycan futbolu üçün tarixdir".
Hacıyev klubdakı maaş probleminin həllini tapdığını söyləyib: "Bunun qələbədə rolu ola bilər. Motivasiya baxımından önəmlidir. Sağ olsun rəhbərlik, çox gecikdirmədi, maaşları verdi. Bu, daimi gecikmə olmayacaq. Sadəcə, mövsümün əvvəlidir, sənədləşmələrdə problem yaşanır. Problem var idi. Amma bu, boykot deyildi. Rəhbərlik problemin həllini sürətləndirdi. Hər kəsin məvacibi ödənilib. Ümid edirik ki, növbəti aylarda olmaz. Bütün borcların ödənildiyini bilmirəm".
Hacıyev deyib ki, bir qələbə ilə ümumi nəticədə barədə fikir formalaşdırmaq düzgün deyil: "Səbail"in də imkanlarının digər komandalarla eyni olmasını istərdik. Amma bu, bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verir. Mən heç vaxt həvəsdən düşmürəm. "Səbail"in Premyer Liqada mənə ilk qapı açan klub olduğunu nəzərə alsaq, buradan öz xoşumla getmək fikrində deyiləm. Bu klub mənim üçün çox doğmalaşıb. Çatışmazlıqlarımız var. Hücumçusuz oynayırıq. Rauf Əliyev oynasaydı, bəlkə də hücumda daha effektli ola bilərdik. Heyətimizin güclü olmasını, yuxarı yerlər uğrunda mübarizə aparmağı istərdik. Əlimizdən gələni edəcəyik. Ardıcıl 4 məğlubiyyətdən sonra aşkar autsayder olacağımızı düşünənlər oldu. Amma təslim olmayacağıq".
Mütəxəssis nəticənin ədalətli olduğunu əlavə edib: "Oyunun içinə girsək, belə düşünmək olar. Düzdür, rəqib topa daha çox nəzarət etdi. Amma bizim epizodlarımız daha real idi. Təbii ki, buna sensasiya da demək olar. Çünki rəqibin heyətində bizim oyunçulardan qat-qat güclü futbolçular var. Sadəcə, bu gün daha yaxşı oynadıq" (report.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib