"Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın 8-ci tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis hava şəraiti və qazonun əlverişli olmadığını bildirib: "Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi".
Baş məşqçinin sözlərinə görə, bu gün hesab daha böyük ola bilərdi. Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardır".
Qurbanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin U-21 limiti ilə bağlı fikirlərinə münasibət bildirib: "Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdır. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdır. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdir".
Təcrübəli mütəxəssis məğlubiyyətə görə futbolçulara cəza verilməyəcəyini söyləyib: "Hamısına dedim ki, qarşıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim".
Qurbanov əvəzetmə sayının artırılması ilə bağlı Klublar Komitəsinə müraciətinin cavabsız qalmasına da toxunub: "Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız "Qarabağ"ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildi ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu "Qarabağ"dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir" (report.az).
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
Avropa Liqasında Liqa mərhələsi başlayır
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar